Mektebgushesi

Diaqnostik qiymətləndirmədən sonra psixoloqların əməkhaqlarının artırılması məsələsinə baxılacaq

Diaqnostik qiymətləndirmədə təxminən üç minə yaxın psixoloqun iştirakını arzu edərdik. Mektebgushesi.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. “Orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonunadək keçiriləcək. Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, bizim ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə iki mindən çox psixoloq fəaliyyət […]

İkili diplom proqramları beş sahəni əhatə edəcək

Ölkə ərazisində 5 yeni ikili diplom proqramının təsis edilməsi gözlənilir. Mektebgushesi.az xəbər verir ki, Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda da nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkil ediləcəyi qeyd olunur. […]

Zaqatalada ingilisdilli Resurs və Təlim Mərkəzinin açılışı olub

Zaqatalada məcburi köçkünlərin təhsil aldığı Ağdam rayonu 152 nömrəli tam orta məktəbdə dördüncü ingilisdilli Resurs və Təlim Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Britaniya Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Samr Şah, Ağdam Rayon Təhsil Şöbəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. […]

Müsabiqənin qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında keçirilən “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqənin qalibləri bəlli olub. Mektebgushesi.az xəbər verir ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 80 nömrəli tam orta məktəbin şagirdi Nurlan Cəbrayılzadə I, 125 nömrəli tam orta məktəbin şagirdi Rauf Muradlı və 110 nömrəli tam orta məktəbin şagirdi Qüdrət Hacızadə II, 92 nömrəli tam orta məktəbin […]

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aİİ-ni ziyarət edib

Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. İnistitutdan Mektebgushesi.az -a bildirilib ki, səfiri İnstitutda görməkdən məmnunluğunu ifadə edən Aİİ rektoru Ceyhun Məmmədov ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. […]

Türkiyədə 103 tələbə dəm qazından zəhərlənib

Türkiyənin Çorum vilayətinin Osmancık şəhərində 103 tələbə qız qaldığı yataqxanada dəm qazdan zəhərlənib. Mektebgushesi.az Azvision.az -a istinadən xəbər verir ki, xəstəxanaya aparılan beş tələbinin vəziyyəti ağırdır. Çorum vilayətinin valisi Mustafa Çiftçi bildirib ki, hazırda 98 tələbə Osmancık və Çorumdakı müxtəlif xəstəxanalarda müalicə olunur. Qeyd olunub ki, hadisə baş verən zaman universitetin yataqxanasında 104 tələbə qalırmış.

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanı keçiriləcək

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə yeni test tapşırıqlarının istifadə olunacağı elektron sınaq imtahanı keçiriləcək DİM -dən Mektebgushesi.az -a bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2020-ci il 11 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi […]

Faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatlar məlum olub

Dekabrın 10-da saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində faciəvi şəkildə vəfat edən iki gənclə bağlı bəzi təfərrüatları əldə etmişik. Mektebgushesi.az  Baku.ws-ə istinadən xəbər verir ki, “KamAZ 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük maşınının vurduğu Tural Mustafa oğlu Cabbarlı və Dilarə Bəxtiyar qızı Sultanlı orta məktəbin 11-ci sinif şagirdləri olublar. […]

Avropa ittifaqı Azərbaycan universitetlərində nəyin dəyişməsini tövsiyə edir -Ekspertlərin rəyi

Azərbaycanda ali məktəblərdə tədris prosesi illərdir Boloniya proqramına uyğun şəkildə aparılır. Doğrudur, hələ bəzi ali məktəblərdə həmin proqram tam olaraq tətbiq edilməsə də, böyük əksəriyyətində tətbiq edilib. Azərbaycanda ali təhsil proqramının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində illərdir  işlər görüldüyü bildirilir. Amma beynəlxalq aləmdə standartların dəyişdirilməsi gündəmdədir. Avropa İttifaqı Azərbaycanda ali məktəblərin tədris proqramlarına dair standartların dəyişdirilməsini […]

Universitetlərin təhsil istiqaməti üzrə reytinqi müəyyənləşib

Yeni tədqiqatda ali məktəblərin akademik effektivliyi qiymətləndirilibBöyük Britaniyanın  ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış  “Times Higher Education”  (THE) dərgisinin tədqiqat mövzularından biri ali təhsil müəssisələrinin   ixtisas hazırlığı  istiqamətləri üzrə  qiymətləndirilməsidir.  Builki  tədqiqatda universitetlər 11 – kliniki, kliniköncəsi və sağlamlıq; təbiət elmləri; fiziki elmlər; psixologiya; biznesin iqtisadiyyatı; təhsil;  qanun, sosial elmlər; maşınqayırmanın texnologiyası; kompüter elmləri;  incəsənət və […]

Magistr dərəcələrinin verilməsi Qaydalarında dəyişiklik edilib

Nazirlər Kabineti  “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. Mektebgushesi.az -ən məlumatına görə, magistratura səviyyəsi üzrə plan yerlər  daha çox adətən humanitar […]

Azərbaycan Milli Elmlər Akademiyası və TÜBİTAK birgə müsabiqə elan edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilib. AMEA-dan Mektebgushesi.az -a bildirilib ki, müsabiqə dekabrın 11-dən martın 6-dək qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar […]

Psixoloqların diaqnostik qiymətləndirilməsi vaxtı dəqiqləşdi

24-28 dekabr 2019-cu il tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə, Təhsil Nazirliyinin rəsmisi Billurə Hacizadə məlumat verib Elektron ərizələrin yoxlanılması prosesi başa çatdıqdan sonra diaqnostik qiymətləndirmədə iştirakla bağlı məlumat namizədlərin […]

UNEC doktoranturaya və dissertanturaya qəbul elan edib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib. UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbul qaydalarına əsasən, doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan vətəndaşları qəbul olunurlar. “Elmlər doktoru” elmi dərəcəsi almaq üçün “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi […]

BMU-nun tələbəsi beynəlxalq yarışda qızıl medal qazanıb

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Şəhərsalma ixtisasında təhsil alan II kurs tələbəsi Məhəmmədəli Quliyev Dağıstan Respublikasının Babayurd rayonunda keçirilən sərbəst güləş üzrə regionlararası beynəlxalq turnirdə iştirak edib. Gənclər arasında təşkil edilən, hərbi və siyasi xadim Şeyx Sultan Mutanın xatirəsinə həsr olunan turnirdə BMU-nun tələbəsi, 65 kq çəki dərəcəsində I yeri tutub, diplom […]