Mektebgushesi

BDU-nun birinci kurs tələbəsi vəfat etdi

Bakı Dövlət Universitetinin daha bir tələbəsi dünyasını dəyişib. Mektebgushesi.az xəbər verir ki, Coğrafiya fakültəsinin birinci kurs tələbəsi olan Vasif Hacıyev ürək tutmasından vəfat edib. Yaxınlarının məlumatına əsasən, Vasif Hacıyev futbol oynayarkən yerə yıxılıb və dili qatlanıb.   Allah rəhmət eləsin…

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib. Mektebgushesi.az Modern.az -a istinadən xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.  Elton Məmmədov Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib: “Bəli yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan […]

Dinlə – düşün – tətbiq et!” layihəsi çərçivəsində müsabiqə elan olunur

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş “Dinlə-düşün-tətbiq et!” layihəsi çərçivəsində MY BEST LESSON PLAN müsabiqəsi elan olunur. Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunlarına əsasən, ümumtəhsil məktəbləri üzrə layihələrindən biri, Sumqayıt şəhər Təffəkkür liseyinin qalib olduğu “ Dinlə – düşün – tətbiq et!” […]

Azərbaycan İlahiyyat İnstitutunda “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ictimaiyyət nümayəndələri, QHT rəhbərləri, millət vəkilləri, şəhid ailələri, eləcə də İnstitutun rəhbər və müəllim heyəti, tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Aİİ rektoru Ceyhun Məmmədov […]

Müddətli müqavilə ilə müəllim işləmək istəyənlərin nəzərinə!

Müddətli müqavilə ilə müəllimlərin vakant yerlərə yerləşdirilməsi prosesi davam edir. Mektebgushesi.az xəbər verir ki, İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin yerləşdirilməsi davam edir. Riyaziyyat və Azərbaycan dili müəllimliyi üzrə vakant yerlərlə bağlı 2018 -2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və […]

Kollecin direktoru: “Tələbə qız oğurlanmayıb, öz istəyi ilə qaçıb”

“Tələbə Aygün Ələkbərli qaçırılmayıb, öz istəyi ilə qaçıb. Hadisə tələbə kollecdə olarkən yox, dərsdən sonra baş verib. Mediada yayılan məlumatlar həqiqəti əks etdirmir”. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Şəki Tibb Kollecinin direktoru Elmira Hacıyeva deyib. Onun sözlərinə görə, qızın məcburi qaçırılmasından söhbət belə gedə bilməz: “Aygün Ələkbərli bizim tələbəmiz olub. Hadisə tələbə […]

Firudin Qurbanov Parisdə keçirilən beynəlxalq tədbirdə iştirak edib

Noyabrın 26-da Fransanın paytaxtı Parisdə Avropa Şurasına üzv dövlətlərin Təhsil nazirlikləri rəhbərlərinin görüşü keçirilib. Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, Fransanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində təşkil olunan və 50 ölkənin qatıldığı tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirin açılışında Fransanın Milli Təhsil və Gənclər naziri […]

Təhsil naziri Türkiyənin Ali Təhsil Şurası sədri ilə görüşüb

25-26 noyabr tarixlərində Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Yekta Saraç Azərbaycanda səfərdə olub. Mektebgushesi.az xəbər verir ki, səfərin birinci günü qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər […]

Gəncə məktəbindən şagird ölümü ilə bağlı açıqlama: Epilepsiya xəstəsi olub

Gəncə şəhər M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəb şagirdin ölümü ilə bağlı məlumat yayıb. Mektebgushesi.az xəbər verir ki, Məktəbdən APA -ya verilən məlumata görə, məktəbin 1-ci sinif şagirdi Xədicə Hətəmlinin bu gün 12:30 radələrində halı pisləşib və qıcolma keçirib. Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub: “Məlumat üçün bildiririk […]

Prezident BDU-nun mətbuat xidmətinin rəhbərini təltif edib

Mektebgushesi.az xəbər verir ki, prezident İlham Əliyev Bakı Dövlət Universitetinin BDU-nun 100 illik yubileyi münasibətilə sözügedən təhsil ocağının bir sıra əməkdaşlarını təltif edib. Onların arasında BDU-nun mətbuat xidmətinin rəhbəri Pervane İbrahimova da var. Mətbuatın dostu, daima mediaya açıq olan, mehriban ünsiyyəti ilə seçilən, vəzifəsinin öhdəsindən layiqincə gələn Pərvanə xanımı Mektebgushesi.az kollektivi adından  təbrik edirik !

İnşaat Universitetinin II kurs tələbəsi qəzada öldü

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi yol qəzasında vəfat edib.  Mektebgushesi.az  xəbər verir ki, hadisə noyabrın 24-də saat 23 radələrində Səbail rayonu ərazisində baş verib.  Bakı şəhər sakini Anar Musayev idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin idarə etdiyi “VAZ-2109” markalı avtomobilə dəyib.  Nəticədə A.Musayev hadisə […]

Şagirdlərimizin beynəlxalq yarışlarda uğurları davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri n idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlardakı uğurları davam edir. Mektebgushesi.az xəbər verir ki, şahmat üzrə Türkiyədə keçirilən Ümumdünya Yeniyetmələr Olimpiadasında milli komandanın tərkibində çıxış edən BŞTİ-nin tabeliyindəki 308 nömrəli tam orta məktəbin XI sinif şagirdi Gövhər Beydullayeva qızıl medal və kubokla mükafatlandırılıb. Vətənə qalibiyyətlə […]

Təhsil naziri BDU-nun əməkdaşlarını təltif edib -Siyahı

Təhsil naziri Ceyhun Bayramov Bakı Dövlət Universitetinin əməkdaşlarının “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilməsi barədə əmr imzalayıb. “Report” xəbər verir ki, əmrlə elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiklərinə, Universitetin sosial-mədəni inkişafında fəal iştirak etdiklərinə görə Bakı Dövlət Universitetin əməkdaşları “Bakı Dövlət Universitetinin 100 […]

Azərbaycan islamşünaslıq tədqiqatlarına həsr olunmuş beynəlxalq konfransda təmsil olunub

Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində Rusiya Elm və Ali Təhsil Nazirliyinin dəstəyi ilə Bolqar İslam Akademiyasının və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin, eləcə də Rusiya və Tatarıstan müsəlmanları dini idarələrinin təşkilatçılığı ilə “İlahiyyat məktəbinin dirçəlişi kontekstində islamşünaslıq tədqiqatlarının təcrübəsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya […]

Bakıda zəhərlənən tələbələrin adları bilindi

Bakıda zəhərlənən tələbələrin adları bəlli olub. Mektebgushesi.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, onlar 17 yaşlı Salmanlı Ləman Söhrab qızı, Heydərli Nəzakət Mustafa qızı, Qarayeva Nazlı Nadir qızı, Rəcəbli Aysun Surxay qızı, 18 yaşlı Mahmudova Gülyetər Nadir qızı, Osmanlı Aysun Valeh qızıdır. Tələbələrdən L.Salmanlının vəziyyəti orta-ağır olaraq qiymətləndirilib və həkim nəzarətində saxlanılır. Digər […]