Mektebgushesi

Ədəbiyyat Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib. AMEA-dan AZƏRTAC-a bildirilib ki, muzeyin Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsində elmi işçi və S.Yesenin adına Rusiya-Azərbaycan ədəbi əlaqələr mərkəzində kiçik elmi işçi vəzifələri vakant yerlərdir. Müsabiqədə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər iştirak […]

Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqa 3 il cəza istənilib

Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb. Mektebgushesi.az APA-ya istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə  məhkəmə istintaqının başa çatdığı elan olunub. Daha sonra xüsusi ittihamçının nümayəndəsi, vəkil Ramil Rüstəmov çıxış edərək məhkəmədən N. Şahmarzadənin 3 il azadlıqdan […]

İstanbulda Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium öz işinə başlayıb

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Ocaqları İstanbul şöbəsinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük Simpozium öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikası […]

Kanalizasiya təmir edən şirkət AMEA-ilə müqavilə bağlayıb -Elmi-tədqiqatla məşğul olacaq

Bu gün – 21 oktyabr 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu “R AND X” MMC şirkətilə 286 min 105 manat 16 qəpik dəyərində müqavilə bağlayıb. Mektebgushesi.az Yeniavaz.com -a istinadən xəbər verir ki, “R AND X” MMC İnformasiya Texnologiyaları İnstitutunun keçirdiyi tender müsabiqəsinin qalibi olub. Şirkət alacağı 286 min 105 manat 16 […]

Şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Oktyabrın 21-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir. Mektebgushesi.az xəbər verir ki, cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Qeyd edək ki, 2019-cu il sentyabrın 15-dək […]

Dövlət qulluğu imtahanında iştirak edəcək namizədlərin nəzərinə

İnzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Mektebgushesi.az xəbər verir ki, inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə 27 oktyabr 2019-cu il tarixində keçiriləcək test imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış […]

AMEA-da islahatlar aparılacaq

AMEA-da da islahatlar lazımdır, ancaq bu islahatlar ehtiyatla aparılmalıdır. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AMEA prezidenti Akif Əlizadə Real TV-yə müsahibəsində deyib. A.Əlizadə deyib ki, hazırda Akademiyada islahatlar aparılır: “İslahatları bir az da genişləndirmək, ciddiləşdirmək də olar, amma tədricən etmək lazımdır. Çünki bu, sosial məsələlərlə birbaşa bağlıdır. Düşünülməmiş islahat bir qrup alimin sosial vəziyyətində […]

Ötən il buraxılış imtahanlarında ən yüksək nəticə göstərən 10 məktəb -Siyahı

2018-ci ildə XI siniflər üzrə keçirilən buraxılış imtahanlarında şagirdləri hər üç fəndən yüksək nəticə göstərən orta təhsil müəssisələri bəlli olub. Mektebgushesi.az “Abituriyent”jurnalının 12-ci sayına istinadən şagirdləri respublika üzrə ən yüksək nəticə göstərən ilk 10 məktəbi ardıcıllıqla təqdim edir: Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi); Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya; Biləsuvar rayonu M. […]

Marker olmaq istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzində 15 yanvardan yeni təhsil proqramları (kurikulumlar) əsasında rus dili, fizika, biologiya və tarix fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətinə başlayacaq.  Mektebgushesi.az DİM -in saytına istinadən xəbər verir ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar […]

AMEA -nın doktoranturasına qəbul şərtləri dəyişib

AMEA Rəyasət Heyətinin 2015-ci il 4 mart tarixli qərarına əsasən akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları ingilis dilindən akademik İELTS proqramı üzrə keçirilir. AMEA-dan Mektebgushesi.az -a verilən məlumata görə, bu imtahan akademiyanın gənc alimlərinin ingilis dilində oxu, danışıq və yazı bacarıqlarının inkişaf etdirilməsinə, onların xarici ədəbiyyatdan sərbəst istifadəsinə, beynəlxalq elmi tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsinə […]

Gələn ilin təhsil xərcləri 40%-dək artırılacaq

Gələn il təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq. Mektebgushesi.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb. Layihəyə əsasən, bu, 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur. Bu il dövlət büdcəsində təhsil xərcləri 2 milyard 282 milyon 200 min manat proqnozlaşdırılıb.

Azərbaycanda kişi müəllimlər də atalıq məzuniyyəti götürə bilər -Şərtlər

“Uşağa görə atalıq məzuniyyəti”  ifadəsi cəmiyyətimizdə birmənalı qarşılanmır. Lakin əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına […]

Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türkiyənin Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir. Builki simpozium “Uşaq musiqisi, uşaq nəğmələri, laylalar və bəstələnmiş uşaq şeirləri” mövzusuna həsr olunub. Mektebgushesi.az AZƏRTAC -a istinadən xəbər verir ki, Mərkəzi Elmi […]

Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də məktəblərdə bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və […]

Bu gün Azərbaycan Dövlət Müstəqilliyi Günüdür

Mektebgushesi.az -ın məlumatına görə, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası […]