Mektebgushesi

Özbəkistan Respublikasının nümayəndələri inklüziv təhsil siniflərində

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının nümayəndələri paytaxtdakı 138 nömrəli tam orta məktəbdə olublar. Belə ki, Özbəkistan Respublikasının nümayəndələri, “Zamin” beynəlxalq ictimai fondun icraçı direktoru Tamila Əliyeva və fondun sosial layihələrin icrası üzrə rəhbəri Şahnaz İşmatova inklüziv təhsil siniflərində tədrisin təşkili ilə maraqlanıblar. Görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Bakı Şəhəri üzrə Təhsil idarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov, […]

Millət vəkili məktəblilərlə görüşəcək

“Məktəbdə…” layihəsinin növbəti görüşü iyunun 7-də Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı millət vəkili Fazil Mustafa olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi […]

“2” qiyməti alan şagirdə fərqlənmə attestatı veriləcək?

“Buraxılış imtahanında “4” qiyməti alan şagird fərqlənmə attestatı ala bilməz”. Mektebgushesi.az-a xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. Onun sözlərinə görə, elə məktəblər olur ki, qiymətləndirməni düz etmir: “Bu, təxminən, bir faiz təşkil edir. Misal olaraq, buraxılış imtahanında “2” qiyməti alan […]

Nazirlik: İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq

  İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq. Məqsəd V sinfə keçərkən onların oxuyub-anlama bacarıqlarının müəyyən edilməsidir. Mektebgushesi.az  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə bildirib. O deyib: “Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Şagird […]

Sabahdan şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq

İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq. Mektebgushesi.az xəbər verir ki, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Sumqayıt məktəbliləri olimpiadadan 7 medal qazanıblar

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin şagirdləri Respublika Fənn Olimpiadasında uğurla çıxış ediblər. Mektebgushesi.az xəbər verir ki, məktəbin 7 şagirdi final mərhələsindən müxtəlif medallarla qayıdaraq, 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar. Şagirdlərimizin hər birini təbrik edir, gələcək həyatlarında daha yeni nəaliyyətlər arzu edirik!

Qalib ölkənin xoşbəxt uşaqları

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə  ibtidai təhsil  pilləsini ugurla başa vuran 4a sinfinin  buraxılış gecəsi keçirilib. “Qalib ölkənin xoşbəxt uşaqları”  adlanan gecədə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya  göstərilib. Uşaqlar vətənpərvərlik ruhunda  mahnılar oxuyub, şeirlər söyləyiblər.  Onların  rəngarəng, maraqlı rəqsləri  şənliyi daha da rövnəqləndirib. Tədbirə  məktəbin hazırlıq qrupunun şagirdləri […]

4-cü siniflərdə monitorinq keçiriləcək

İyunun 10-da Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil olunacaq. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.   Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi […]

DYP turlarla bağlı məktəblərə çağırış edib

Məktəblilərlə təşkil edilən turlarda təhlükəsiz hərəkət üçün bütün məktəblərdən xahiş edirik bizə müraciət etsinlər”. Mektebgushesi.az xəbər verir ki, bunu Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı tədbirdə deyib. O, yay fəslinin gəlməsi və uşaqlarla təşkil edilən turlar barədə danışarkən deyib:   “Biz məktəblilərlə təşkil edilən turlarda qəza hallarının […]

Türk Mədəniyyəti Gecəsi keçirilib

Türk dünyası ölkələri şagirdlərinin iştirakı ilə Türk Mədəniyyəti Gecəsi keçirilib. S.Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyada təşkil olunmuş tədbirdə Ortaq Türk Dünyası Olimpiadası iştirakçıları türk xalqlarının zəngin mədəniyyət nümunələrini təqdim ediblər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan məktəblilərinin ifasında ədəbi-bədii kompozisiyalar, rəqs nümunələri böyük maraqla qarşılanıb. Qardaş xalqların məktəbliləri təqdim etdikləri mədəniyyət nümunələri ilə sarsılmaz türk […]

1-cilərin müsahibə vaxtı sabah başa çatır

Sanah – 31 may tarixində saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi başa çatacaq. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr 18 may tarixindən 9 iyun tarixinədək təşkil ediləcək.

Özəl məktəblərin rəhbərləri ilə görüş keçirilib

  Elm və Təhsil Nazirliyində özəl və digər qurumlara tabe olan ümumi təhsil müəssisələrinin icraçı direktorları, direktor müavinləri və əməkdaşları ilə görüş keçirilib. Nazirlikdən  bildirilib ki, görüşdə uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, müsabiqə, yarış, olimpiadalar, eləcə də qiymətləndirmə layihələrində özəl və digər qurumların tabeliyindəki müəssisələrin iştirakının təşviq edilməsi, həmin müəssisələrə verilmiş lisenziyanın tələblərinə uyğun […]

Ortaq Türk Dünyası Olimpiadasının müsabiqə finalçıları açıqlanıb

Ortaq Türk Dünyası Olimpiadasının şəhər (ölkə) mərhələsinin nəticələri bəlli olub. Şəhər (ölkə) mərhələsində iştirak edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 118 nömrəli tam orta məktəbin şagirdi İlqarə Nəzərova, 42 nömrəli tam orta məktəbin şagirdi Elvin Əzimzadə, 220 nömrəli məktəb-liseyin şagirdi Əli Kazımov, 36 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Adıgözəlov, […]

 Paytaxtda I sinfə qəbulla bağlı 28 071 elektron müraciət daxil olub

Mayın 23-ü (saat 11:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 071 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə müraciət edilib. Qeyd edək ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış Alternativ qeydiyyat mərkəzləri (https://baku.edu.gov.az/az/page/276), həmçinin “WhatsApp” vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin […]

I sinfə qəbul prosesi davam edir

2023-2024-cü tədris ili üzrə I sinfə qəbul prosesi davam edir. Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu günədək ölkə üzrə 129 397 uşaq qeydiyyatdan keçib. 103 172 nəfər Azərbaycan bölməsi üzrə sorğu yerləşdirib. 13 916 nəfər rus bölməsi üzrə müsahibəyə yazılıb.