Mektebgushesi

Azərbaycan İlahiyyat İnstitutunda Dünya Psixi Sağlamlıq Günü qeyd edilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya Psixi Sağlamlıq Gününə həsr olunan “dəyirmi masa” təşkil edilib. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə Aİİ-nin rektoru Ceyhun Məmmədov rəhbərlik etdiyi ali təhsil ocağının yaradılma məqsədindən, hədəflərindən danışıb, institutda mütəmadi olaraq müxtəlif mövzularda seminarların keçirildiyini və bu kimi tədbirlərin artıq ənənə halı aldığını bildirib. Tədbirin mövzusunun aktuallığını vurğulayan rektor inancın […]

ADU-da ənənəvi Çin bayramı qeyd olunub

Oktyabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin payızına həsr olunmuş “İki doqquzluq bayramı” qeyd olunub. Universitetdən Mektebgushesi.az -a verilən məlumata görə, Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirmiş Xan sülaləsinin […]

25 saylı məktəbdə alimin ustad dərsləri baş tutub

  Gəncə şəhəri Nəriman Nərimanov adına 25 saylı tam orta məktəbdə Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Vaqif Novruzovun “Azərbaycanın bitki örtüyünün bioloji müxtəlifliyi və genofondun mühafizəsi” mövzusuna həsr olunmuş nümunəvi “açıq dərs”i təşkil olunub. Dərsdə universitetin professor-müəllimləri həmçinin 25 saylı tam orta məktəbin biologiya […]

Açıq dərs: Azərbaycanın el sənəti nümunələri iftixar mənbəyimizdir

  Gəncə şəhərinin ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi üçün Gəncə Dövlət Universitetinin görkəmli alimlərinin ustad dərslərinə başlanılıb. İlk dərs Vüqar Veysəlov adına Gəncə şəhəri 30 saylı məktəbdə təşkil edilib. İctimaiyyət üçün açıq dərsdə Azərbaycanın görkəmli dekorativ tətbiqi sənət ustası, qrafik rəssam, professor Şaiq Məmmədovun “Azərbaycanın el sənəti nümunələri iftixar mənbəyimizdir” mövzusunda mühazirəsi dinlənilib. Açıq […]

Təhsil sərgisində UNEC Yaradıcılıq Mərkəzi üzvlərinin çıxışı alqışlarla qarşılanıb

“Education 2018”- XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzi üzvlərinin çıxışı olub. Mektebgushesi.az  AZƏRTAC-a istinadən  xəbər verir ki, Mərkəzin vokal dərnəyinin üzvləri IV kurs tələbəsi Rauf Məmmədzadə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını, III kurs tələbəsi Nigar Qasımova isə “QUENN” qrupunun “Show must go on” mahnısını ifa ediblər. Yaradıcılıq Mərkəzi üzvlərinin ifası […]

Türkiyənin paytaxtı Ankarada XVIII Türk Tarixi Konqresi keçirilib

Konqresdə iştirak edən tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Naibə Əhmədova AZƏRTAC-a bildirilib ki, tədbirdə Səlcuq, Osmanlı tarixi və mədəniyyəti, türk dünyası və Türkiyə Cümhuriyyəti tarixləri, din və məzhəblər tarixi, Roma və Bizans tarixi və mədəniyyəti, hərb tarixi, milli-azadlıq hərəkatları, türk–erməni münasibətləri, tarixşünaslıq, tarixi coğrafiya, şəhərlər və memarlıq, miqrasiya, […]

Xəzər Universitetinin 44-45-ci məzun gecəsi keçirilib

Oktyabrın 12-də “Xəzər” Universitetinin 44-45-ci məzun gecəsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Xəzər Universitetinin simfonik orkestrinin ifası dinlənilib. Tədbirin açılış mərasimində çıxış edən Xəzər Universitetinin rektoru, doktor Həsən Niknafsa bildirib ki, bu il 336 tələbə bakalavr, 70 tələbə isə magistratura pilləsində təhsili başa vurub. Tələbələri təbrik edən […]

AzTU ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlığa dair Niyyət Sazişi imzalanıb

Oktyabrın 12-də Mərkəzi Elmi Kitabxanada Azərbaycan Texniki Universiteti (AzTU) ilə AMEA Yüksək Texnologiyalar Parkı (YTP) arasında əməkdaşlığa dair Niyyət Sazişinin imzalanması mərasimi olub. Əməkdaşlığın məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirilməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir. Tədbirdə AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev çıxış edərək imzalanacaq […]

GDU 18-ci Türk Tarix Konqresində təmsil olunub

Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində 18-ci Türk Tarix Konqresi keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, Azərbaycandan 60 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi konqresdə Gəncə Dövlət Universitetini filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Yusifli təmsil edib. Alim Afaq Yusiflinin “Ədəbi obraz və tarixi gerçəklik” mövzusundakı araşdırma xarakterli elmi məruzəsi konqres iştirakçıları tərəfindən maraqla […]

Voronej Dövlət Texniki Universitetinin nümayəndə heyəti AzTU-da olub.

AzTU ilə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq yenilənib Qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitet haqqında geniş məlumat verib. Professor Xalıq Yahudov Azərbaycan-Rusiya əlaqələrinə diqqət çəkərək qeyd edib ki, AzTU-nun Rusiya ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq formatı mövcuddur. Rektor əvəzi bildirib ki, AzTU ilə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq […]

BANM-da Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı oldu

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni “M4” qrupunun açılış mərasimi keçirilib. Açılış mərasimində BANM-ın rektoru Elmar Qasımov, BP-də 20 ildən çox təcrübəsi olan, İnformasiya texnologiya və xidmətləri üzrə […]

Tacikistan səfiri BSU-da qonaq olub

12 oktyabr 2018-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Tacikistan Respublikasının Azərbaycandakı səfiri Rustam Solini qəbul edib. N.Əliyeva səfirə universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, buradakı tədris-mədəniyyət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib, universitetin bir sıra ölkələrin tanınmış ali təhsil müəssisələri ilə sıx əlaqələrə malik olduğunu bildirib. Rektor Bakı Slavyan Universitetinin Ümummilli Lider […]

Məktəblilər üçün ekskursiyalar təşkil olunub

Paytaxt məktəblilərinin müxtəlif tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, şagirdlərə milli-mənəvi dəyərlərimizə hörmət hissini aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir. “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqlarına və muzeylərə məktəblilərin səfərləri həyata keçirilir. Ekskursiya zamanı […]

BSU Ekspo Mərkəzində uğurla təmsil olunur

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Tədbiri təhsil naziri Ceyhun Bayramov açaraq, sərginin “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edildiyini bildirib. O, qeyd edib ki, sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Bakı Slavyan […]

Pirallahı məktəbliləri bəstəkar Qara Qarayevin ev muzeyində olublar

  11 oktyabr 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə bir qrup Pirallahı rayon məktəblisinin Azərbaycan incəsənətinin dahi nümayəndəsi bəstəkar Qara Qarayevin ev muzeyinə ekskursiyası təşkil olunmuşdur. Anadan olmasının 100 illik yubileyi ilə əlaqədar 01 oktyabr 2018-ci il tarixində açılışı olan ev-muzeyi Qara Qarayevin Azərbaycan […]