Mektebgushesi

Şamaxı Astrofizika Rəsədxanasında BDU və AMEA-nın birgə səyyar iclası keçirilib

Oktyabrın 3-də Şamaxı Astrofizika Rəsədxanasında Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Elmi Şurasının birgə səyyar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq gündəliyi elan edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov “Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər” mövzusunda elmi məruzə ilə çıxış edib. […]

BANM Koreyanın HMC şirkətilə layihə həyata keçirir

  Bakı Ali Neft Məktəbində (BANM) Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyunqsunq Universiteti ilə görüş keçirilib. Görüşdə rektor Elmar Qasımov, HMC Şirkətinin vitse prezidenti Park Gabju və onun rəhbərlik etdiyi nümayəndə heyəti, KyunqSunq Universitertinin Elektronika mühəndisliyi fakültəsinin professoru Park Jangsik, həmçinin Ali Məktəbin Mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin […]

Bilik Fondu Şirvan şəhərində silsilə tədbirlər təşkil edib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 1 oktyabr – Beynəlxalq Ahıllar Günü və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Şirvan şəhərində silsilə tədbirlər keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan tədbirlərdə müvafiq qurumların nümayəndələri, müəllimlər, təqaüddə olan təhsil işçiləri, tələbələr iştirak ediblər. Bilik Fondunun mətbuat xidmətindən Mektebgushesi.az-a bildiriblər ki, əvvəlcə nümayəndə […]

Azərbaycan Dillər Universitetində Konfutsiyə həsr olunan tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Konfutsi İnstitutları gününə, eləcə də Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib.Tədbirdə ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sazişlərin əhəmiyyətini vurğulayıb.  Universitetdən […]

Rektor Elmar Qasımov SOCAR Türkiyənin İnsan resurları direktoru Sibel Uğurla görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov SOCAR Türkiyənin İnsan resurları qrup direktoru Sibel Uğurla görüşüb. Ali Məktəbdən Mektebgushesi.az -a bildirilib ki, baş tutan görüşdə rektor Sibel xanıma BANM, burdadakı təlim-tədris prosesi, nailiyyətləri və məzunları haqqında ətraflı məlumat verib. Elmar Qasımov bildirib ki, SOCAR-ın Türkiyədəki STAR Net Emali Zavodu və Petkim Petrokimya Holdinqində 30-dan çox BANM […]

Bakı Şəhər Təhsil İdarəsi Beynəlxalq Ahıllar Gününü qeyd edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 1 oktyabr-Beynəlxalq Ahıllar Günü qeyd edilib. İdarədən Mektebgushesi.az– a verilən məlumata görə, bu münasibətlə tədbirlər keçirilib, bir sıra məktəblərin müəllim-şagird heyətinin Bilgəh qəsəbəsində yerləşən Qocalar evinə ziyarətləri təşkil olunub. Tədbirlərdə BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər […]

Azərbaycan Dillər Universitetində Ülvi Bünyadzadə yad edilib

Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anım mərasimi keçirilib. Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli Ülvi Bünyadzadənin milli azaqdlıq uğrunda mübarizə əzmindən və onun bədii yaradıcılığından danışıb. O, deyib ki, Ü.Bünyadzadə günümüzə qədər yaşasaydı öz dövrünün məşhur ziyalı yazıçılarından biri olardı. Ü.Bünyadzadənin bacısı professor Könül Bünyadzadə Azərbaycan Dillər […]

Qərbi Kaspi Universitetinin müəllimləri Gürcüstanda təlimlərdə iştirak ediblər

Qərbi Kaspi Universitetinin Tətbiqi və təbiət elmləri Məktəbinin müəllimləri – Elnarə Cəfərova, Günel Bahəddinova və Nərmin Fərzəliyeva Gürcüstanın Kaxeti vilayətində keçirilən “Ekosistem xidmətlərinin inkişaf planlamasına inteqrasiyası” adlı treyninqlərdə iştirak ediblər. 5 gün ərzində davam edən təlimlər Harvard metodologiyası ilə həyata keçirilib və əsasən dərslərin interaktiv, praktiki yolla tədrisi metodologiyalarını diqqətə çatdırıb. Təlim “Almaniya Beynəlxalq Əməkdaşlıq […]

Gəncə Dövlət Universitetində inklüziv təhsilə dair layihənin təqdimatı olub

Layihənin 2018–2020-ci illərdə həyata keçirilməsi nəzərdə tutulur Təhsil Nazirliyi və UNICEF-in tərəfdaşlığı ilə həyata keçiriləcək “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsinin təqdimatı olub. GDU-nun Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki,  təqdimatda çıxış edən ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Fəxrəddin Məmmədov qonaqlara universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri və […]

SDU-da “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirildi

Gənclərin məşğulluğunun təmin olunmasında, əmək bazarına inteqrasiyasında -keçirilən əmək yarmarkaları mühüm rol oynayır. Bu tədbirlərin davamı kimi Sentyabrın 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası keçirildi. Məzunların məşğulluq məsələsinə daim diqqətda saxlayan Sumqayıt […]

Belçikanın Azərbaycandakı səfiri ADU-da mühazirə oxuyub

Azərbaycan Dillər Universitetində (ADU) Fransa məlumat mərkəzinin təşkilatçılığı ilə “Səfir saatı” layihəsi çərçivəsində Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufsun Azərbaycan Dillər Universitetinin fransız dilli müəllim və tələbələri ilə görüşü keçirilib. Tədbir zamanı “Belçika və Azərbaycanda gənclik, cəmiyyət və yeni tendensiyalar” mövzusunda mühazirə deyən səfir Azərbaycanda və Belçikada gənclərin yaşayış tərzindən, gündəlik […]

Azərbaycan tarixindəki saxtakarlıqları aradan qaldırmaq üçün silsilə dissertasiyaların müdafiəsinə başlanılıb

Sovet dönəmində Azərbaycan tarixinin 1920-1930-cu illər dövrü ilə bağlı yol verilmiş saxtakarlıqları aradan qaldırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda silsilə dissertasiyaların müdafiəsinə başlanıb. Belə ki, “Azərbaycan SSR-də sovet nomenklaturası: hakimiyyətdaxili mübarizə (XX əsrin 20-30-cu illəri)” mövzusunda dissertasiya müdafiəsi keçirilib. Tarix İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru Aslan Xəlilov, […]

Təhsil naziri Gəncə şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Ceyhun Bayramov Gəncə Dövlət Universitetində Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini  qəbul edib. Mektebgushesi.az xəbər verir ki, qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq […]

Peşə liseyində təlim

Bu ilin 24-28 sentyabr tarixlərində Bərdə şəhərində Bərdə Peşə liseyininin (BPL) rəhbər və mühəndis-pedoqoji heyəti üçün 5 günlük təlimlər keçirilib. Liseydən Mektebgushesi.az -a verilən məlumata görə, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən təlimlərdə liseyin iyirmiyə yaxın işçisi iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunu, […]

İlahiyyat İnstitutunda “Gəncliyin fəlsəfəsi” mövzusunda seminar keçirilib

Sentyabrın 28-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Gəncliyin fəlsəfəsi” mövzusunda seminar keçirilib. Aİİ-dən Mektebgushesi.az-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov dövlət-din siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, ölkədə mövcud sağlam din münasibətlərinin, yüksək mənəvi mühitin qorunub […]