Mektebgushesi

Aİİ tələbələri sağlamlıq imkanları məhdud uşaqları ziyarət ediblər

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Bakının Xəzər rayonunda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət edib. İnstitutdan Mektebgushesi.az-a verilən məlumata görə, ziyarətin məqsədi müəssisədə yaşayan sağlamlıq imkanı məhdud uşaqlara dəstək olmaq, aktual problemlərini öyrənmək, müvafiq yardım göstərmək, onlara cəmiyyətimizin ayrılmaz bir parçası olduğunu hiss etdirmək, həmçinin uşaqlara sevinc bəxş […]

SOCAR Polymer MMC-nin əməkdaşı ADNSU tələbələrinə təlim keçib

Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR Polymer MMC-nin Keyfiyyətin Təminatı, Keyfiyyətə Nəzarət Departamentinin Elektrik və Nəzarət-ölçü Cihazları üzrə müfəttişi Heybət Muradov SABAH qrupları tələbələrinə təlim keçib. Təlim 12 mart tarixində keçirilən “From studentship to business” (Tələbəlikdən iş həyatına) təqdimatının davamı olaraq keçirilib. Təlimin məqsədi Energetika fakültəsində təhsil alan tələbələrə universitet biliklərinin […]

Bakı Dövlət Sosial-İqtisadi Kollecində ədəbi-bəddi kompozisiya (FOTO+VİDEO)

“Sönməyən dan ulduzu – Cəfər Cabbarlı”: Bakı Dövlət Sosial-İqtisadi Kollecində ədəbi-bəddi kompozisiya Aprelin 25-də Bakı Dövlət Sosial-İqtisadi Kollecində kollec müəllimlərinin, kollecin Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrinin hazırladıqları “Cəfər Cabbarlı – 120” adlı tədbir keçirilib. Tədbiri giriş sözüylə açan Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov Azərbaycan ədəbiyyatında milli-tarixi dramaturgiyada misilsiz […]

ADNSU-da yol hərəkətinin təhlükəsizliyinə dair tədbir keçirilib

Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yol hərəkətinin təhlükəsizliyi istiqamətində maarifləndirici tədbir keçirilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələrək baş tutan tədbirdə ADNSU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib. ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev bu […]

“Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir

Cari ilin aprel ayının 26-sı tarixində UNEC-in II tədris binasında “Azərbaycanda könüllülük mədəniyyətinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Tələbələrlə İş üzrə prorektor dosent Səadət Qəndilova açaraq könüllülük mədəniyyətinin mahiyyəti və əhəmiyyəti, eyni zamanda ətraf mühitin qorunmasının vacibliyi barədə məlumat verdi. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, nazirliyin “Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr” […]

Lənkəran Dövlət Humanitar Kollecində “Nəsiminin 650” illiyi qeyd edildi.

Cənab prezident İlham Əliyev 11 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycan xalqının çöxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam […]

SDU-da “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Aprelin 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirilib. Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə […]

GDU-da “Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda konfrans keçirilib

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Bu fikirlər Gəncə Dövlət Universitetində “Narkotik vasitələrin, psixotropik maddələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə” mövzusunda keçirilən konfransda səsləndirilib. Konfransdan öncə narkomaniyanın acı fəsadlarından bəhs edən “Bəla” qısametrajlı filmi nümayiş etdirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, Konfransı açan universitetin […]

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 4-cü SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu başa çatdı. BANM-dan Mektebgushesi.az-a verilən məlumata görə, iştirakçılara Xəzər regionu və Mərkəzi Asiyada neft-qaz sənayesinin başlıca […]

ADNSU-da “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupunun təqdimatı keçirilib

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Təbiəti könüllü qoruyaq” adlı könüllülər qrupunun təqdimatı çərçivəsində tədbir keçirilib. Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, ETSN-nin müavini Firdovsi Əliyev, həmçinin nazirliyin nümayəndələri və tələbələr iştirak edib. Dosent Ata Babayev tədbirin tələbələr üçün əhəmiyyətini qeyd edib və […]

“Gəlin mütaliə edək” mövzusunda tədbir

Aprelin 24-də Bakıdakı 230 nömrəli tam orta məktəbdə “Oxu günü”nə həsr olunmuş “Gəlin mütaliə edək” mövzusunda tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllim, valideyn və şagirdlər iştirak ediblər. Tədbirin keçirilməsinin əsas məqsədi şagirdlərin mütaliəyə diqqətini artırmaq, yeniyetmə və gənclərin […]

“Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qalibləri bəlli olub

Ümumi təhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyununun paytaxt üzrə rayon birinciliyinin qalibləri bəlli olub. Mektebgushesi.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu üzrə 100, Xəzər rayonu üzrə 26, Sabunçu rayonu üzrə 148, Qaradağ rayonu üzrə 195, Nizami rayonu üzrə 328, Nərimanov rayonu üzrə 178, Yasamal rayonu üzrə 20, Xətai rayonu üzrə 221 […]

Aİİ-də “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Türkiyənin Azərbaycandakı Səfirliyinin din işləri üzrə müşaviri, professor Kamil Günəşin təqdimatında “İslam əxlaqı və müasir gənclik” mövzusunda seminar təşkil olunub. Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov tədbir iştirakçılarını salamlayıb. M.Mürsəlov bildirib ki, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə edilməsi üçün tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi […]

Sumqayıt Dövlət Texniki Kollecində “Oxu günü” qeyd olunub

Ötən gün SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin kitabxanasında Ümumdünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar “Kitab oxusu ən mənalı məşğuliyyətdir” devizi altında “Oxu günü” keçirilib. Tədbirdə kollecin tələbələri iştirak ediblər. Kitab oxusunun ən dəyərli məşğuliyyət olduğunu vurğulayan kollecin Kitabxana müdiri, pedaqoq, yazıçı Günel Eyvazlı tələbələrə məhsuldar və faydalı kitab oxusunun vacibliyindən söz açıb. […]

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Gəlin kitab oxuyaq” adli tədbir keçirilib

Aprelin 22-də Şirvan Dövlət İqtisadıyyat və Humanitar Kollecində ,,Kitab bayramı” münasibətilə ,,Gəlin kitab oxuyaq” adlı maarifləndirici tədbir keçirilib. Tədbiri kollecin tərbiyə işləri üzrə direktor müavini Rasim Xəlilov açıq elan edərək qeyd edib ki, ilk dəfə 1995 -ci ildə Barselonada toplanan Dünya nəşriyyatlar birliyi 23 aprelin hər il kitab günü kimi qeyd edilməsi təklifini irəli sürüb. […]