Mektebgushesi

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Aprelin 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Mektebgushesi.az xəbər verir ki, əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli […]

Təhsilin İnkişafı Fondu layihə çərçivəsində 5 məktəb tikəcək

Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir. Fondun əsas fəaliyyət istiqamətləri təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması, təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və həyata keçirilməsində də iştirak etmək, dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi […]

BŞTİ- nin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib. Konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Azərbaycan Təhsi̇l İşçi̇ləri̇ Azad Həmkarlar İtti̇faqı (ATİAHİ) Respublika Komitəsinin  sədr müavini Mirzə Cəfərzadə, BŞTİ-nin müvafiq struktur […]

Elm və təhsil nazirinin müavini Ankara şəhərinə səfər edib

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərinə səfər edib. Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, aprelin 29-da nümayəndə heyəti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Erkan Kayalar, Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirib. Görüşlər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında […]

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

  Rəqəmsal SAT imtahanı 2024-cü il mayın 4-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar: 1.  Şəkilli şəxsiyyət vəsiqəsi və […]

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadılar: Prorektordan AÇIQLAMA – VİDEO

Paytaxtdakı ali məktəblərin birində təhsil alan tələbələr saqqala görə dərsə buraxılmayıblar. Nəticədə onlar dərslərdən geri qaldıqlarını, qayıb limitini doldurduqlarına görə imtahana buraxılmadıqlarını deyiblər. “Səhər tezdən universitetə gəlmişəm, saqqala görə dərsə buraxmırlar. Hansı qanunda yazılıb ki, saqqallı tələbə dərsə daxil ola bilməz?”, – deyə tələbə öz narazılığını bildirib. Məsələ ilə bağlı universitetin prorektoru Cavidan Heydərov bildirib […]

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Mektebgushesi.az xəbər verir ki, sənəd qəbulu elektron qaydada bu gündən başlayıb sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 […]

BANM tələbəsi ümumilikdə ABŞ-nin 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Nihad Əhmədli 4-ü tam təqaüdlü olmaqla, ümumilikdə ABŞ-nin 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. Mektebgushesi.az xəbər verir ki, tələbələrin təqaüd qazandığı universitetlər Hyuston Universiteti, Luiziana Universiteti, Kansas Universiteti və Tulsa Universitetidir. O, Mərkəzi Florida Universiteti və Nyu- Hempşir Universitetinə qəbul alıb. Nihad təhsilini Hyuston […]

İbtidai siniflər üçün yaz tətili başlayır

  Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili başlayır. Mektebgushesi.az xəbər verir ki, ibtidai siniflər üçün mayın 6-sı dərs günüdür. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci […]

Magistratura imtahanın nəticələri ELAN OLUNDU

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib. Mektebgushesi.az xəbər verir ki, İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də […]

ADPU-da universitetlərdə inklüziv peşə hazırlığı mərkəzlərinin təşkili ilə bağlı dəyirmi masa keçirilib

  Aprelin 30-da “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi “Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi” adlı layihə çərçivəsində növbəti maarifləndirici dəyirmi masa Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tarix və coğrafiya fakültəsinin Fəlsəfə və sosial elmlər kafedrasının müəllimləri və tələbələri üçün təşkil edilib. Giriş sözü ilə çıxış edən ADPU-nun Fəlsəfə […]

Nazir müavini: “Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək”

“Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu dövlət-özəl tərəfdaşlığı çərçivəsində “”Silk Vey Vest aviaşirkəti” MMC-nin maliyyə dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi” layihəsini həyata keçirir”. Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib. Cari ildə başlanılan layihəni dövlət-özəl əməkdaşlığının uğurlu nümunəsi olaraq qiymətləndirən Kənan Kərimzadə bildirib ki, bu […]

Məktəb-ailə, müəllim-valideyn münasibətləri arzuolunan səviyyədə deyil – EKSPERTLƏR

İstəsək də, istəməsək də raılaşmaq zorundayıq ki, bu gün məktəb-ailə, müəllim-valideyn münasibətləri heç də arzu olunan səviyyədə deyil. Bəlkə də elə bunun nəticəsidir ki, xüsusilə son vaxtlar məktəb-vaıideyn münasibətlərində soyuqluq tendensiyası özünü daha qabarıq şəkildə biruzə verir. Təlim-tərbiyə sahəsində baş verən neqativ hallara görə qarşılıqlı ittihamlar irəli sürülür, məktəb valideyni, valideyn məktəbi günahlandırır. Ancaq, indi […]

Milli Müdafiə Universiteti psixoloq vəzifələri üçün namizəd qəbulu elan edir

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti Azərbaycan Ordusunda “Psixoloq” vəzifələri üçün “Ehtiyat zabit hazırlığı kursu”na namizəd qəbulu elan edir. Bildirilib ki, ali təhsil müəssisəsini “Psixologiya”, “Sosiologiya”, “Sosial iş” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarından biri üzrə ən azı bakalavr səviyyəsində bitirmiş, Azərbaycan Ordusunda ən azı 9 (doqquz) ay müddətli həqiqi hərbi xidmət keçmiş, 30 yaşınadək ali təhsilli […]

Müəllimlərin vakansiya seçimi yekunlaşıb

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi yekunlaşıb. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a verilən məlumata görə, vakansiya seçimi üçün elektron sistem 23-29 aprel tarixlərində aktiv olub. Vakansiya seçiminə müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər buraxılıblar. Hər bir müəllimə 4 vakant yer seçməyə icazə verilib. Nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir. […]