Mektebgushesi

Xankəndinin yeganə Azərbaycan məktəbinin məzunları 41 il sonra bir arada – VİDEO

  Xankəndinin yeganə məktəbinin məzunları uzun müddətdən sonra bir araya gəliblər. Belə ki, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin 1983-cü il məzunları 41 ildən sonra bir araya gəliblər. Həmin məktəb Xankəndidə yeganə Azərbaycan məktəbi olub. Məzunlar həm Xankəndiyə, həm də xatirələrinə qovuşublar. Daha ətraflı İTV-nin süjetində:  

SABAH məzunu “Forbes” siyahısında

Günay İmanzadə jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısında yer aldı Azərbaycanlı gənc Günay İmanzadə dünyada məşhur biznes jurnalı olan “Forbes”in siyahısında yer alıb. O, minlərlə gənc arasından seçilərək jurnalın 30 yaşa qədər uğur qazanan 30 nəfərin siyahısına düşüb. Günay builki siyahıda yer alan yeganə azərbaycanlıdır. Jurnalın Avropa üzrə “Təhsil, biznes və digər sahələrdə […]

İsrail MN: “Mümkün təhlükələrlə bağlı məktəblərdə tədris dayandırıldı”

  İsrailin Müdafiə Ordusu (SAXAL) Daxili Cəbhə Komandanlığının təlimatlarında dəyişikliklər edildiyini və aprelin 14-dən başlayaraq ölkədəki təhsil müəssisələrində yaxın günlər üçün bütün dərslərin ləğv ediləcəyini açıqlayıb. “Vəziyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, İsrail ərazisində təhsil sferasının fəaliyyətinin qadağan edilməsi qərara alınıb”, – deyə ordunun mətbuat xidməti məlumat yayıb. İsrail Müdafiə naziri Yoav Qallant bildirib ki, İsrail İran təhlükəsinə […]

Süni intellektin növbəti uğuru – FOTO

Süni intellekt indi nəinki insanlar üçün mürəkkəb problemləri həll edir, hətta idmançılar üçün ayaqqabı da yaradır. Parisdə Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində konseptual idman ayaqqabıları ictimaiyyətə təqdim olunub. Neyroşəbəkənin yaratdığı ayaqqabılar “Air” (Hava) adlanır və idman oynayarkən basketbol meydançası və ya qaçış yolu üzərində sözün əsl mənasında “uçmağa” imkan verəcək. Yaratmağa başlamazdan əvvəl süni intellekt […]

Səhərlər idmanla məşğul olma ürək-damar sisteminə mənfi təsir göstərir

  Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarının riski daha az olub. Bu zaman işdəki gərginlikdən sonra orqanizm istirahət edir və hətta axşam metabolizminin xüsusiyyətlərinə görə yandırılan kalorilərin […]

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirilir  

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirir. Bu barədə Mektebgushesi.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda 1102 şagirdin iştirak edəcəyi nəzərdə tutulur. İmtahan Bakı şəhərində təşkil olunur və saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmırlar. İmtahan […]

Bu gün 34 mindən çox abituriyent imtahan verir  

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün bir neçə imtahan keçirəcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin […]

Lənkəran Dövlət Universitetində zona fənn olimpiadası keçirilib  

Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadası keçirilib. Keçirilən olimpiadada Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Bilik yarışmasına qatılan 500-ə yaxın  şagird seçdikləri fənnlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar. […]

 Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir

  Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2024–2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir. MN-dən AzEdu.az-a bildirilib ki, kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris […]

ADPU-nun dekanı vəfat etdi – FOTO

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin dekanı, dosent Araz Fərəcov vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu haqda universitet məlumat yayıb. Qeyd olunub ki, mərhum alimlə vida mərasimi bu gün saat 12:00-dək Təzəpir məscidində keçiriləcək. Vida mərasimindən sonra mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq.  

Məhkəmə 14 yaşlı məktəbliyə təcavüz edən şəxslə bağlı qərar VERDİ

Nizami Rayon Məhkəməsində 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi ilə təqsirləndirilən şəxsə hökm oxunub. “Unikal”ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında Şirvan sakini olan, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş 22 yaşlı Ceyhun adlı şəxs Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual […]

Şəki-Zaqatala regionundakı məktəblərin müasir avadanlıqla təmin edilməsi diqqət mərkəzindədir

  Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binalarının tikilməsi və mövcud binaların təmir olunması diqqət mərkəzindədir. Bu fikirləri mətbuata açıqlamasında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Günay Mahmudova söyləyib. O bildirib ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində […]

AMEA doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na və AMEA Rəyasət Heyətinin 2024-cü il 3 aprel tarixli qərarına əsasən, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura […]

Azad edilən ərazilərdə təhsil alan şagirdlərin sayı açıqlanıb

  Azad olunmuş ərazilərdə 8 məktəbdə 800-dən çox şagird təhsil alır. Mektebgushesi.az xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbində keçirilən “3-cü beynəlxalq təcrübə əsaslı öyrənmə” konfransında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib. O bildirib ki, qarşıda duran əsas məsələlər ümumi təhsilin keyfiyyətinin artırılması, məzmunun yaxşılaşdırılması və təcrübə əsaslı öyrənmədə beynəlxalq standartlara uyğunlaşmanın təmin edilməsidir: […]

Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransı işə başlayıb

  Aprelin 12-də Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransının açılış mərasimi olub. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təqdimatında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, təhsilin qarşısında duran vəzifə və hədəflərdən, həmçinin son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan işlərdən danışıb. O qeyd […]