Mektebgushesi

Məhəmməd Füzuli həqiqətin və ideya gözəlliyin tərənnümçüsüdür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 yanvar 2024-cü ildə hərtərəfli biliyə malik, insana ilahi məhəbbət aşılayan, oxucusunu ülvi ideyalarla yaşamağa çağıran və pedaqoji fikrin inkişafında müstəsna yer tutan Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə bağlı Sərəncam imzalamışdır. Giriş. Şərq mədəniyyətini qiymətli inci əsərləri ilə zənginləşdirən ustadlardan biri də Məhəmməd Füzulidir. Hərtərəfli biliyə malik, […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Akademiyadan Mektebgushesi.az-a bildirilib ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Əvvəlcə Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş AMEA üzvlərinə yubiley medalları təqdim olunub. Həmçinin 27 Mart […]

Elm və Təhsil Nazirliyinə yeni təyinat olub

Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Kamran İsmayılov nazirliyin Daxili nəzarət şöbəsinə müdir təyin edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, Kamran İsmayılov Bakı Dövlət Universitetində ali təhsilin bakalavriat və magistratura səviyyələrini beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının […]

Bakı Elm Olimpiadasının finalçıları bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələri açıqlanıb. Bu barədə Mektebgushesi.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Belə ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda-287 nömrəli Zəkalar liseyi, Məktəb-Lisey Kompleksi, 2 nömrəli Texniki Humanitar Liseyi, Bakı Slavyan Universiteti nəzdində […]

“Rəqəmsal Bacarıqlar” təmayüllü siniflərə qeydiyyat başladı!

  “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başladı. Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agenliyindən məlumat verilib. Bildirilib ki, əgər gələcək ixtisas seçimində informasiya texnologiyaları sahəsinə yönəlmək və karyeranızı bu istiqamətdə inkişaf etdirmək istəyirsinizsə, o zaman “Rəqəmsal Bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul olmağa tələsin! Qeydiyyat üçün bio bölməsindəki linkə keçid […]

TKTA-nın rəhbər heyəti BMU-da olub

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. Mektebgushesi.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev qonaqları təhsil müəssisəsinin maddi-texniki bazası, mövcud infrastrukturu, tədris-təcrübə zonası və yataqxanaları ilə yaxından tanış edib. Eyni zamanda TKTA nümayəndələri universitetin müxtəlif təyinatlı müasir laboratoriyaları, tədris korpusları, auditoriyaları, tədris-istehsalat otaqlarını […]

AzTU-da tələbələr üçün növbəti ustad dərsi keçirilib -FOTO

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında imzalanmış əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulan tədbirlər çərçivəsində universitetin tələbələri üçün növbəti ustad dərsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Nadir Novruzov və Azər Məlikov “Praktiki nüfuzetmə testləri” mövzusunda tələbələrə praktiki təlim keçiblər. Məruzəçilər […]

UNEC tələbəsi NASA-nın saytında səhv aşkarlayıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili beynəlxalq NASA (National Aeronautics and Space Administration) təşkilatının əsas veb-saytında səhv aşkarlayaraq, şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə edib. UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı kibertəhlükəsizlik məkanında […]

Məktəblərdə “Azərbaycan bayrağı” mövzusunda mühazirələr keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan bayrağı” mövzusunda mühazirələr keçirilir. Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi tərəfindən keçirilən mühazirələrin əsas məqsədi şagirdlərə dövlət rəmzlərinə hörmət və ehtiram bəsləməyi aşılamaq, məktəblilərin üçrəngli bayrağımızın tarixi barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir. Muzeyin baş elmi işçisi Ülviyyə Azayeva tərəfindən keçirilən mühazirələrdə VII-XI sinif şagirdlərinə qədim […]

VIII qrant müsabiqəsinə 1636 layihə təqdim olunub

  Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə 1636 layihə təqdim olunub. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, bu göstərici Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrində indiyədək qeydə alınan ən yüksək nəticədir. Müsabiqənin nəticələri yaxın zamanda paylaşılacaq.

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim 700 baldır

  Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Bakı şəhəri 299 nömrəli tam orta məktəbin şagirdi Nərmin Ağazadədir. Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Nərmin Ağazadə 4-cü ixtisas qrupuna hazırlaşır. “9-cu sinifdə buraxılış imtahanına hazırlaşdım. Yenidən […]

BSU-da  “İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar”  mövzusunda məlumat sessiyası keçirilib

  Aprelin 2-də Bakı Slavyan Universitetində (BSU-da) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində “İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar” mövzusunda məlumat sessiyası keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, eləcə də həmin fakültənin bir neçə […]

Üç-yeddi yaşlı uşaqlar süni intellekti üstələdilər

Berklidəki Kaliforniya Universitetinin (ABŞ) psixoloqları sübut ediblər ki, hətta süni intellektin ən qabaqcıl modelləri ixtiraçılıq və yaradıcı təfəkkür testlərində uşaqlardan geri qalır. Ekspertlərin qənaətləri “ChatGPT” ağıllı çat botunun müxtəlif obyektlərin qeyri-standart istifadəsi ilə bağlı problemlərin həllində 3-7 yaşlı uşaqlar ilə rəqabət apardığı təcrübəyə əsaslanır. Nəticələr insan və süni intellektin imkanları arasında nəzərəçarpacaq uyğunsuzluğu aşkar edib. […]

Buraxılış imtahanından 300 bal toplayan 14 nəfərin siyahısı

Xəbər verdiyimiz kimi, 11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Mektebgushesi.az – ın məlumatına görə, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlar aşağıdakılardır: 1. Hüseynova Pakizə Namil qızı (Gəncə şəhəri, 16 saylı şəhər orta məktəbi) 2. Yusibov Elşən Səfa […]

Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Belə ki, martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 146 nömrəli tam orta məktəbin şagirdi Qasımova Fatimə, 257 nömrəli tam orta məktəbin şagirdi Rüstəmli Fidan, 144 nömrəli tam orta məktəbin şagirdi Rzabəyli […]