Mektebgushesi

MDU-da 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

  Mingəçevir Dövlət Universitetində (MDU) 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “31 Mart Soyqırımı: Erməni vəhşiliyi haqqında tarixi həqiqətlər” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib. Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçənm qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 31 mart […]

Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib

  Martın 29-da Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunan Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib. Mektebgushesi.az xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan Forumda Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan […]

Nazir müavini Füzulidə təhsil müəssisələrində olub

Martın 29-da elm və təhsil nazirinin müavini İdris İsayev Füzuli rayonuna səfəri çərçivəsində Böyük Bəhmənli kənd 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdəki mövcud şərait, eləcə də peşə təmayüllü siniflərin fəaliyyəti ilə tanış olan İdris İsayev pedaqoji kollektiv və şagirdlərlə görüşərək fikir mübadiləsi aparıb. Nazir müavini Füzuli rayonu Əhmədbəyli kənd körpələr evi – uşaq bağçasının […]

Nazir müavini İdris İsayev Füzuli rayonunda olub

  Martın 29-da elm və təhsil nazirinin müavini İdris İsayev Füzuli rayonuna səfər edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri və 30 ildən çox pedaqoji təcrübəsi olan […]

Məktəb direktorunun qanunsuz əməlləri məhkəməyə göndərilib

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. Cəlilabad Rayon Prokurorluğundan verilən məlumata görə, toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan […]

ADPU-nun Şamaxı filialında 31 mart Soyqırımı Günü münasibətilə tədbir keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şamaxı Filialı Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Departamenti və Kitab və qiraət klubunun birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş “Tariximizin göz yaşı” mövzusunda tədbir keçirildi. Tədbirdən öncə filialın rəhbərliyi və kollektivi Şamaxı rayonunda yerləşən Soyqırımı abidəsi ziyarət edərək önünə tər çiçəklər düzüblər. İlk olaraq faciə […]

BSU-da “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları” mövzusunda seminar keçirilib

BSU-da “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları” mövzusunda elmi seminar təşkil olunub. Martın 29-da Bakı Slavyan Universitetində (BSU) “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı universitetin Tədbirlər Planı çərçivəsində “Ermənistanın ekoloji terrorunun nəticələri yeni dövrün paradiqmaları ” mövzusunda elmi seminar təşkil olunub. Seminarı giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev  Qarabağ ərazisində və […]

Londonda azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü keçirilib

Londonda azərbaycanlı tələbə və məzunların şəbəkələşmə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, 9-u London, 4-ü İngiltərə, 2-si Şotlandiya, və 1-i Uelsdən olmaqla ümumilikdə 16 Britaniya universitetində təhsil alan 65 azərbaycanlı tələbə və məzunlarla yanaşı Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov da görüşdə iştirak edib. Görüş Londonda yerləşən dünyanın qabaqcıl təhsil ocaqlarından biri olan London İqtisadiyyat və Siyasi […]

ADPU-nun Şəki filialında konfrans: 31 Mart Soyqırımı: Qisas qiyamətə qalmadı

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 1918-ci ilin 31 Mart Soyqırımının 106-cı ildönümünə həsr olunmuş “31 Mart Soyqırımı: Qisas qiyamətə qalmadı” mövzusunda elmi konfrans keçirilib. Konfransda filialın rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər. Əvvəlcə, 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 1918-ci ilin bu qanlı hadisələri haqqında videoçarx nümayiş […]

BSU -da  31 Mart Soyqırımına həsr olunmuş tədbir keçirilib

  Martın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Mart Soyqırımına həsr olunmuş tədbir keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının müdiri Habil Məmmədov ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım haqqında qısa məlumat verib. Sonra Milli Azərbaycan Tarix Muzeyinin icraçı direktoru, tarix elmləri doktoru Fərhad Cabbarov “1905-1906 və 1918-ci illər hadisələri: tarixi paralellər […]

Pedaqoji Universitetdə “Mən rəhbər olsam 4” layihəsi keçirilib

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Mən rəhbər olsam 4” layihəsi keçirilib. Layihə çərçivəsində fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər. ADPU-nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tələbələrin uyğun vəzifələr üzrə  iş fəaliyyətlərini müşahidə […]

BDU 105 illik yubileyinə hazırlaşır

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq. Bu barədə BDU Elmi Şurasının bugünkü iclasında qərar qəbul edilib. Bu barədə Mektebgushesi.az-a BDU-dan bildirilib. Məlumata görə, iclasda bildirilib ki, 1919-ci sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tarixi qərara imza ataraq, Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edib. BDU 105 il ərzində […]

ADPU -nun Fizika fakültəsinin məzunları 50 il sonra bir araya gəldilər

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika fakültəsinin 1974-cü il məzunları ilə görüş keçirilib. ADPU-nun Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və Fizika fakültəsinin dekan müavini, dosent  Xankişi Məmmədov məzunları qarşılayaraq, universitetdə və fakültədə aparılan işlər haqqında ümumi məlumat veriblər. Pedaqoji Universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov da 50 ilin məzunları […]

İşə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibə keçirilir. Belə ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 – 2,99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edir. […]

“KHAN ACADEMY” Hər bir şagird və hər bir sinif üçün real nəticələr” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “KHAN ACADEMY” Hər bir şagird və hər bir sinif üçün real nəticələr” layihəsinin bağlanış mərasimi keçirilib. Bağlanış mərasimində məktəbin direktoru, layihə rəhbəri Leyla Əliyeva layihə haqqında ətraflı məlumat verib, layihənin məqsədi və layihə müddətində nəzərdə tutulan fəaliyyətlərin müvəffəqiyyətlə […]