Dərc olunub: 31.03.2017

 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin və 2016-cı ildə beynəlxalq tədbirlərdə uğur qazanan bir qrup tələbəyə Fəxri Fərmanlar və pul mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
AHİK-i sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tələbələri adlı təqaüdlər və mükafatlar almaları münasibətilə təbrik edib və onlara təhsildə yeni uğurlar arzulayıb. Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Təqaüd payız və yaz imtahan sessiyalarının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan və həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Tədbirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərində yerləşən 19 ali məktəbin 62 nəfər tələbəsinə adlı təqaüd təqdim edilib. İndiyə qədər isə 2026 tələbə bu ada layiq görülüb.
Bu ilki adlı təqaüdə namizəd olaraq, Mingəçevir Dövlət Universitetindən bir neçə tələbənin adı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına göndərilmişdir. Göndərilən namizədlər arasında İqtisadiyyat və idarəetmə fakültəsinin 050405 “Sənayenin təşkili və idarə olunması” ixtisası üzrə təhsil alan, IV tədris ili, ST13.2 saylı qrupun tələbəsi Məcidli Cavid Vəli oğlu adlı təqaüdə daha layiqli olduğu üçün Həmkarlar İttifaqları Konfederasiyası məhz onu seçmiş və ona təqdim olunmuşdur. MDU olaraq Məcidli Cavid Vəli oğluna gələcəkdə uğurlar arzulayır, daha yüksək nailiyyətlər diləyirik.
https://mektebgushesi.az/

Bənzər yazılar