Dərc olunub: 04.04.2017

 
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə etmişdir. Əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş M.Ə.Talibi 1913-cü ildə Türkiyəyə köçərək, bu ölkənin müxtəlif yerlərində yaşamışdır. O,1943-cü ildə vəfat etmişdir.
M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olmuşdur. Talibinin kiçik həcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın şəkildə göstərməkdədir.
İbrahim Quliyev
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri
051-241-97-19

Bənzər yazılar