Dərc olunub: 27.04.2017

Moderator.az Türkiyə xəbər agentliklərinə istinadən bildirir ki, İstanbulun Kadıköy məhəlləsindəki məktəblərdən birində biologiya müəllimi işləyən V. Ö. 11-ci sinifdə oxuyan iki qız şagirdini laboratoriyaya çağıraraq onlara mor rəngli alt geyimi hədiyyə edib.
Şagirdlər əhvalatı əvvəl məktəb müəllimlərinə, sonra isə, ailələrinə bildiriblər. Nəticədə qızların valideynləri müəllimə qarşı cinsi təcavüz ittihamı ilə məhkəmə davası açıblar.
Müəllim məhkəmədə bildirib ki, “şagirdlər ona yeni il hədiyyəsi vermişdilər. Vaxtım olmadığı üçün həyat yoldaşıma dedim ki, qızlara hədiyyə alsın. O da bu hədiyyələri aldı. Əvvəlcə tərəddüd etsəm də sonra hədiyyələri qızlara verdim.
 
HƏYAT YOLDAŞI ŞAHİD KİMİ İFADƏ VERDİ
V. Ö-nün həyat yoldaşı məhkəmədə şahid kimi dinlənilib. O, bildirib ki, “həyat yoldaşım məndən hədiyyə almaq üçün kömək etməyimi istədi. Mən də bu hədiyyəni aldım. Rumıniya vətəndaşı olduğumdan bizdə bu cür hədiyyələr normal sayılır”.
İstanbul Anadolu 9. Asliyə Cəza Məhkəməsi biologiya müəllimi V. Ö-yə xidmət nüfuzundan istifadə edərək cinsi təcavüz etməsini əsas gətirərək 9 ay həbs cəzası kəsdi.
Daha sonra işə İstanbul Bölgə Ədliyyə  Məhkəməsində baxıldı. Məhkəmə müttəhimin hökmünü dəyişərək 15 ay cəza ilə əvəzlədi. Lakin hökmün icrasını 5 il sonraya saxlanması haqda qərar verdi.

Bənzər yazılar