Dərc olunub: 28.04.2017

 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə III “British Film Spring” festivalı çərçivəsində britaniyalı rejissor, “Yetkinlik Həyatının Bacarıqları” filminin ssenari müəllifi Paul Fraser ustad dərsi keçib.
Tədbirdə mütəxəssis Paul Fraser tələbələr ilə bilik və təcrübələrini paylaşaraq, peşəkar bacarıqlarının gücləndirilməsi, onlar üçün yeni olan iş üsullarının öyrənilməsi yollarını və yaradıcılığı haqqında ətraflı məlumat verib. Universitetin “SABAH” qrupu və Kino və televiziya fakültəsinin tələbələri rejissorun müəllifi olduğu qısametrajlı filmlərə baxıb, müzakirələr aparıblar.
Qeyd edək ki, Paul Fraser karyerasına ssenarist kimi başlasa da, fəaliyyətini rejissorluq ixtisası üzrə davam etdirir. Yüzə yaxın reklam və doqquz bədii filmin müəllifidir.
 
https://mektebgushesi.az

Bənzər yazılar