Dərc olunub: 29.04.2017
İstanbulda Türkiyənin Mərmərə Universitetində Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub.
 
Xatırladaq ki, bu barədə hələ bir qədər əvvəl mektebgushesi.az olaraq oxucularımıza məlumat vermişdik. Şairin nəvəsi, M.Ə. Sabir fondunun təsisçisi, BDU-nun dossenti  Sevda Tahirli də həmin tədbirə qatılacagıni bildirmişdi.
Tədbirdə iştirak ücün  hava limanına gələn Sevda Tahirli, uçuş vaxtı “surpirizlə” qarşılaşıb. Sabir fondunun rəhbərinə uçuşa icazə verilməyib .
Bu barədə Sevda xanim özünün feysbuk səhifəsində bildirib:  “Hava limanında məlum oldu ki, pasportumun istifadə müddəti 54 gündən sonra bitsə də Türkiyəyə səfər etmək üçün onun 3 ay olması lazım imiş.. Heç qeydiyyatdan keçırmədilər. Səfərimin səbəbini və 2 gün sonra geriyə dönüş biletimin də olduğunu söylədiyimdə, izah etdilər ki, bunu heç bir mənası yoxdur, hətta bu şərtlərdə də getmiş olsam qaydaları pozduğum üçün getdiyim öllkə tərəfindən ən sərt qadağalar tətbiq oluna bilər. Aviaşirkətin yüksək miqdarda ( 2000 dollar) cəriməsindən tutmuş , mənim deportasiya edilmə varinatına qədər..
Təbii ki münasibətimi bildirdim ki, niyə bilet alınarkən bu barədə xəbərdalıq edilmir. Məlum oldu ki, internet üzərindən bilet alındığı zaman bu barədə xəbərdaqlıq üçün kimsə məsuliyyət daşımırmış və üstəlik biletin pulu da ödənilmir.”
Tədbir İstanbul Azərbaycan Kültür Evi ilə Mərmərə Universitetinin əməkdaşlığı, Mirzə Ələkbər Sabir Fondunun dəstəyi ilə baş tutub. Mərasimdə ali təhsil müəssisəsinin tələbə və müəllimləri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, şairlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Mirzə Ələkbər Sabirin keçdiyi çətin ömür yolundan və zəngin yaradıcılığında danışılıb. Türkiyəli ədəbiyyatçılar, araşdırmaçı tarixçilər Sabir yaradıcılığını XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan poeziyasının zirvəsi adlandırıblar. Onun Azərbaycan şeir tarixində yeni bir başlanğıcın adı, türk mizahının güclü qələmi olduğu dönə-dönə vurğulanıb.
Qeyd olunub ki, Mirzə Ələkbər Sabirin fədakar, qayğıkeş, mehriban ailə başçısı olması şairini həyatı az çox araşdıran hər kəsə məlumdur.
Mərasimə canlı bağlanan Sabirin nəvəsi,  Mirzə Ələkbər Sabir Fondunun təsiscisi Sevda Tahirli şairin həyatının bir çox məqamlarından danışıb. Sabun bişirərək ailəsini dolandırmağa çalışan şairin kasıb, imkansız olmasına baxmayaraq, daima xalqının maariflənməsi üçün çalışdığını deyib. Yaşadığı cəmiyyətin ciddi nöqsan və çatışmazlıqlarını öz satiralarında kəskin şəkildə tənqid etməklə xalqın problemini elə insanların öz dilindən yazdığını deyən Sevda Tahirli onun seçdiyi özünəməxsus mübarizə yolundan bəhs edib. Sabirin satirik şair kimi öz imzasını qoyduğu “Molla Nəsrəddin” jurnalından da söz açılıb, şairin şeirlərinin toplusu olan “Hop-Hopnamə” kitabını Türkiyədə də geniş kütlələrin əldə etməsi üçün dəstək istədiyini bildirib.
Tədbirdə aktyorların ifasında şairin şeirlərindən parçalar səsləndirilib.

https://mektebgushesi.az

Bənzər yazılar