Rusiyada 130 gəncin intiharı ilə əlaqəsinə dair iddialarla gündəmə gələn “Mavi balina” oyunu indi də İngiltərəyə “sıçrayıb”.
İngiltərədə xüsusilə orta məktəb və liseylərdə oyunu oynayan şagirdlərin valideynlərinə artıq xəbərdarlıq edilib. Artıq getdikcə təhlükəli hal alan oyunu oynayanlar 50 təlimatı yerinə yetirməlidir. Rəsmilər oyunun ingilis gəncləri arasında da yayılmasından narahatlıq keçirir.
Artıq Basildondakı Woodlands School rəhbərliyi gənclərin ailələrini xəbərdar edib.
Müdir Devid Vraytın imzasıyla gedən məktubda polisin yarDımı ilə oyunun ortaya çıxarıldığı bildirilib. Valideynlərə uşaqlara diqqət yetirmələrinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, oyunun adi “Mavi balina”dır. Oyunçulara 50 gün boyunca biri nəzarət edir və hər gün onlara yerinə yetirməli oduqları təlimatı verir. 50-cı günün sonunda isə gənclərə intihar etmələri əmr olunur.
Xatırladaq ki, Rusiyada Yuliya və Veronika adlı iki qızın intiharına məhz bu oyunun səbəb olduğu deyilir.

Bənzər yazılar