Dərc olunub: 29.04.2017

 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə şair Mikayıl Müşfiqə həsr olunmuş “Yenə o bağ olaydı” musiqili-ədəbi gecə keçirilib.
Tədbirdə Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru, Xalq artisti Zamiq Əliyevin bədii rəhbərliyi ilə Musiqi sənəti fakültəsinin tələbələri Məftun Səfərli, Cəlal Məlikli, Həmid Həmzəyev, Rəvan Qaçayev, Tamerlan Təhməzov, Məlik Məmmədli, Günay Mehdiyeva və Kamil Qədimzadə Mikayıl Müşfiqin əsərlərinə yazılmış mahnıları ifa ediblər.
Tələbələri Universitetin Xalq çalğı alətləri ansamlı – Mustafa Aşurov, İlqar Allahverdiyev (tar), Fərrux Haşımlı (kamança), Aidə Məmmədli, Fizzə Cabbarova (qanun), Emin Eminli (ud), Zamin Qasımzadə, Famil Qəhrəmanov (balaban), Nurlan Abdullazadə (fortepiano), Hüseyn Cəfərli (nağara), Alpaslan Doğukan Yeşilbaş (zərb) müşayit edib. Tədbir Mirxədicə Mirzəyeva, Asiman Ağayev, Nuranə Abbasova və Mehman Fətullayevin ifasında şairin şeirlər səslənib.
https://mektebgushesi.az

Bənzər yazılar