Dərc olunub: 29.04.2017

Mingəçevir şəhərində məktəbdən gələn 9 yaşlı şagirdi maşın vurub.
“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.
Belə ki, Əlövsət Allahverdi oğlu Abdullayev idarə etdiyi “VAZ-2106″markalı, 10-ES-946 dövlət-qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən məktəbli 2008-ci il təvəllüdlü Vüsal Vüqar oğlu Kazımovu vurub. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, V.Kazımov qapalı kəllə-beyin travması və üz nayihəsinin sıyrıqları diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib.
Mingəçevir Şəhər Polis Şöbəsindən “Report”un yerli bürosuna bildirilib ki, faktla bağlı ŞPŞ-də təhqiqat aparılır.
 
https://mektebgushesi.az

Bənzər yazılar