Mektebgushesi

Kamran Əsədov:- "Hansısa şagird hanısa səbəbə görə cavab kağızını ağ qoyubsa bu onun oxuyub yaza bilməməsi demək deyil"

Taninmış təhsil eksperti Kamran Əsədov DİM -in son günlər orta məktəblərdəki 9-cu siniflərdə keçirilmiş imtahanların nəticəsi ilə bağlı ziddiyətli rəqəmlərə aydınlıq gətirib.  mektebgushesi.az-a münasibətini açıqlayan ekspert bildirib  ki, Azərbaycan Dünya Bankının məlumatına əsasən ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir.  Bu qurumun məlumatlarında qeyd edilib ki, ölkədə əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 […]

İlk qəbul imtahanının tarixi açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 30-da 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Moderator.az-ın DİM-ə istinadən verdiyi məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 […]

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

Bakı Dövlət Universitetində (BDU) Jurnalistika və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş  “Vətənin vətəndaşı, bir işıq da sən yandır” esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.   BDU-nun mətbuat və informasiya şöbəsindən mektebgushesi.az-a bildirilib ki, rektor, akademik Abel Məhərrəmov “Füyuzat” jurnalının Azərbaycanın ictimai fikir tarixində önəmli roluna diqqət çəkib, böyük Azərbaycanın mütəfəkkiri Əli […]

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

Milli Məclis sədrinin müavini Bahar Muradova təhsil müəssisələrinə yaxın ərazilərdəki ictimai iaşə obyektlərində qəlyan çəkilməsinin qadağan edilməsini təklif edir. Trend-in məlumatına görə, “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericliyinin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə çıxış edən B.Muradova deyib ki, təhsil müəssisələrinə yaxın yerlərdəki qapalı müəssisələrdə qəlyan çəkilməsi qadağan edilməlidir. Onun sözlərinə görə, bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması […]

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb  

Azərbaycan Texniki Universitetində (AzTU) magistraturaya hazırlaşan tələbələrlə və onların hazırlığı ilə məşğul olan professor-müəllim heyətilə görüş keçirilib.   Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov universitetdə magistrlar üçün yaradılan hazırlıq kurslarından danışıb. Rektor əvəzi bildirib ki, universitetin təşkil etdiyi kurslarda təmənnasız olaraq hazırlaşan həmin tələbələrin 87%-i magistratura imtahanının birinci mərhələsini keçməyə müvəffəq olub.   Dövlət İmtahan […]

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib – FOTOLAR

Təhsil Nazirliyinin təşkilatçılığı ilə aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına media tur təşkil edilib. Bizimyol.info-nun əməkdaşının da qatıldığı mediaturun məqsədi həmin bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.    Əvvəlcə media nümayəndələri İsmayıllı rayonunun Yenikənd kəndində tikilən modul tipli ümumi orta məktəbinə baş çəkiblər. Məktəbə daxil olduğumuzda dərs prosesinin getdiyinin şahidi olduq. Məktəbin direktoru […]

"Botaş” şirkətinin rəhbərliyi BANM-də olub

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin “Botaş International Limited” (“BIL”) şirkətinin prezidenti Erdoğan Tozan və maliyyə və inzibati məsələlər üzrə direktoru Əhməd Akınla görüşüb. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, görüşdə sözügedən şirkət haqqında məlumat verilib və fəaliyyət və əməkdaşlıq istiqamətləri müzakirə olunub. Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu deyən E.Qasımov iki ölkə arasında bütün […]

DİM: IX və XI sinifdə oxuyan 91 şagirdin yazıb-oxumağı bacarmadığı aşkarlanıb

Ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmaması məlum olub.     Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 12-ci sayında qeyd olunub ki,  9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif […]

Azərbaycanda qəbul səviyyəsi “sıfır” olan məktəblərin adları açıqlanıb – SİYAHI

Dövlət İmtahan Mərkəzi DİM 2016/2017-ci tədris ilində şəhər və rayonlar üzrə ali məktəblərə qəbul olmayan və ümumiyyətlə universitetlərə sənəd verməyən məktəblərin adlarını açıqlayıb. Siyahı DİM-in “Abituriyent” jurnalının 12 saylı buraxılışında əksini tapıb. Beləliklə, Naxçıvan MR Babək rayonunda yerləşən Nəcəfəli Dizə kənd tam orta məktəbinin, Culfa rayonunun Ləkətağ kənd, Gal kənd və Şəhid Rəqib Quliyev adına […]

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” – MÜSAHİBƏ

Aprelin 30-da ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq üçün II-III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanları keçiriləcək. Mayın 7-də isə I-IV ixtisas qruplarının abituriyentləri ilk qəbul imtahanı verəcəklər. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək. Onlardan 59425-i Azərbaycan, 6228-si Rus bölməsinin məzunudur. Aprelin 30-da keçiriləcək II və […]

Gəncədə tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib. “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərindəki bütün ali məktəblərin sonuncu kurs tələbələrinin dəvət olunduğu yarmarkada ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 42 müəssisə boş iş yerləri çıxarılıb. Onların arasında müxtəlif dövlət qurumları, bələdiyyələr, məşğulluq mərkəzləri, banklar, hotellər və sənaye müəssiələri üstünlük təşkil edib. Şirkətlər tərəfindən 400-dən artıq vakant […]

İmtahan verən azərbaycanlı müəllimin görüntüsü paylaşım rekordu qırır – FOTO

Bu həftə ərzində 12 min müəllimin iştirak edəcəyi diaqnostik qiymətləndirmə prosesi davam edir. mektebgushesi.az A24.Az istinadən xəbər verir ki,  diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərdən biri fiziki çatışmazlığı olmağına baxmayaraq, 51 bal toplayıb. Sosial şəbəkələrdə imtahan prosesi zamanı çəkilən şəkillərdən biri xüsusi maraq doğurub. Həmin müəllimin bir ayağının zədəli olmasına baxmayaraq, onun imtahanda rahat iştirak etməsi üçün […]

“Əcnəbi tələbələrin fikir platforması”nın qalibləri – UNEC tələbələri

  UNEC tələbələri Azərbaycanda ilk dəfə keçirilən “Əcnəbi tələbələrin fikir platforması” adlı TEDx formatlı yarışmanın qalibi olublar. Əcnəbi tələbələr arasında keçirilən müsabiqədə iştirakçılar müşahidələrinin ən maraqlı məqamlarını münsiflər heyəti və auditoriya ilə bölüşüblər. Münsiflər heyəti auditoriyanın marağına səbəb olan çıxışları 5 ballıq sistemlə qiymətləndirib. Ölkənin 10 universitetinin 15 ölkədən olan 30 əcnəbi tələbəsinin qatıldığı yarışda […]

Dövlət İmtahan Mərkəzi ilə “Pearson” PLS təşkilatı arasında Niyyət Məktubu imzalanıb

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Pearson” PLS təşkilatının nümayəndəsi Mark Couchman ilə görüşü olub. DİM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında ingilis dili üzrə biliklərin qiymətləndirilməsi və müxtəlif peşə sahiblərinin sertifikasiyasının aparılması üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələrin sonunda ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində beynəlxalq imtahanların aparılması, eləcə […]

Məktəblərdə karyera planlama təlimləri aparılır

Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Məktəblinin dostu” layihəsi çərçivəsində karyera planlama təlimlərinə başlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, təlimlər “məktəblinin dostları”nın fəaliyyət göstərdikləri 30 məktəbdə yuxarı sinif şagirdləri üçün təşkil edilir. Təlimlərin keçirilməsinin əsas məqsədi şagirdlərin ixtisas seçiminə […]