Mektebgushesi

"Kapital Bank" "SABAH" qruplarının tələbələri üçün semınar keçirib

“Kapital Bank”ın əməkdaşları sosialyönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin “SABAH” qruplarında təhsil alan 100-dən çox tələbə ilə görüşüb. Görüş zamanı “Müsahibədə özünü təqdimat bacarıqları” mövzusunda seminar keçirilib. Bu barədə “Kapital Bank”ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir. Tədbirdə “Kapital Bank”ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, İşə qəbul və yerləşdirilmə şöbəsinin rəhbəri Elçin […]

Britaniyalı rejissor və ssenarist ADMİU-da ustad dərsi keçib.

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə III “British Film Spring” festivalı çərçivəsində britaniyalı rejissor, “Yetkinlik Həyatının Bacarıqları” filminin ssenari müəllifi Paul Fraser ustad dərsi keçib. Tədbirdə mütəxəssis Paul Fraser tələbələr ilə bilik və təcrübələrini paylaşaraq, peşəkar bacarıqlarının gücləndirilməsi, onlar üçün yeni olan iş üsullarının […]

QEYRİ-ADİ UŞAQLAR YETİŞDİRƏN QEYRİ-ADİ MƏKTƏBLƏR

Dünyada bəzi məktəblər fərqli və qeyri-adi üsulları ilə fərqlənir. Bu üsullar təbii ki qeyri-adi uşaqların yetişməsinə səbəb olur. Sizin üçün dünyadakı qeyri-adi 9 məktəbi topladıq. Həyatımız boyu sadəcə sıradan biri olmaq üçün təhsil aldığımız məktəblərə çox öyrəşmişik.Öyrəşmədiyimiz isə fərqli üsullar sınayan, inkişaf etdirən və hər bir şagirdi ayrıca bir fərd olaraq görən məktəblərdi.Kimiləri qəbul etdikləri […]

Bakıda dərsə gedən 3 məktəbli uşaq qəzaya düşərək xəsarət alıb

Bakının Sabunçu rayonunda 3 məktəbli uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində “Lada” markalı avtomobillə “Mercedes”in toqquşması nəticəsində qeydə alınıb. Qəza zamanı “Lada”da olan 11 yaşlı Eyvazova Aysel Oqtay qızı və onun 13 yaşlı bacısı Eyvazova Yeganə Oqtay qızı, həmçinin 10 yaşlı Cabirov Murad Rauf oğlu […]

AQRAR UNİVERSİTETDƏ ANTİNARKOTİK TƏBLİĞATIN GÜCLƏNDİRİLMƏSİ MÖVZUSUNDA TƏBİR KEÇİRİLİB

  Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə şəhər BPİ Nizami rayon Polis İdarəsinin əməkdaşları tələbələr üçün “Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi” mövzusunda tədbir keçiriib. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri  təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, gəncliyin böyük qüvvə olduğundan, onların sağlam mühitdə sağlam yaşamalarının vacibliyindən, narkomaniyanın ömrü məhv edən […]

Azərbaycanın 28 aprel işğalı – AXC-nin süqutundan 97 il keçir

Bu gün 28 aprel istilasının, yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 97 il keçir. Ölkəmiz Sovet imperiyası dönəmində saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qalıb. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atıb. Çar Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirən bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətinin var olduğu 23 ayda […]

Malayziyalı səfir UNEC-də

UNEC-də “İslam Həmrəyliyi İli” çərçivəsində islam ölkələrinin diplomatik korpuslarının nümayəndələri ilə görüşlər davam edir. Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman UNEC-də olub. Rektor, professor Ədalət Muradov qonağı Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində salamlamaqdan məmnun olduğunu bildirib. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyindən bəhs edən rektor, bunun […]

Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbənin sənədi tanınmadı

2016-cı ildə Təhsil Nazirliyi tərəfindən xaricdə təhsil alan 930 tələbənin təhsil sənədi tanınmayıb. Bu barədə məlumat Təhsil Nazirliyinin 2016-cı ilə dair illik hesabatında yer alıb. Hesabatda bildirilir ki, Akkreditasiya və Nostrifikasiya İdarəsi ali təhsil sənədlərinin tanınması və ekvivalentliliyinin müəyyən olunması məqsədilə 2016-cı ilin 11 ayı ərzində 2958 müraciəti (o cümlədən məzun olduqları ölkələr üzrə: Rusiya […]

LDU-da “Mədəniyyət –davamlı inkişafın amili kimi” mövzusunda seminar keçirilib.

LDU-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ili”nə həsr olunmuş “Mədəniyyət naminə elm “ silsiləsindən “Mədəniyyət –davamlı inkişafın amili kimi” mövzusunda seminar keçirilib. Respublikanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı elmi seminarı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov […]

Azərbaycandakı məhkum uşaqların sayı açıqlandı

2016-cı məhkum olunmuş 14-17 yaşlı uşaqların sayı açıqlanıb. Modern.az statistik göstəricilərə istinadən xəbər verir ki, ötən il ümumilikdə 261 14-17 yaşlı uşaq məhkum olunub.   Onlardan 257 nəfəri oğlanlar, 4 nəfəri qızlardır. Həmçinin, 33 nəfəri14-16 yaşadək olanlar, 228 nəfəri 16-18 yaşadək olanlardır. Məhkum olunmuş uşaqlardan 218 nəfəri hər iki valideyni olan ailədə tərbiyə alanlar, 40 […]

Hamlet İsaxanlı -"AMERİKADA DA YAZIB-OXUMAĞI BACARMAYANLAR VAR, AMMA…"

“Qəbul imtahanlarında iştirak edən abituriyentlərin aşağı nəticə göstərməsinin səbəblərini bilmək üçün ilk növbədə onlara təqdim olunan testlərə baxmaq lazımdır”. Bunu Sherg.az-a ötən il I-IV ixtisas qrupları üzrə sənəd verən abituriyentlərin 55,4 faizinin 200 baldan aşağı nəticə göstərməsinə münasibət bildirərkən Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı deyib. O bildirib ki, testlərin çətinlik dərəcəsindən çox şey asılıdır: […]

ADMİU-da “Səhnə danışığının aktual problemləri” mövzusunda Tələbə elmi-praktiki konfransı keçirilib.

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının təşkilatçılığı ilə “Səhnə danışığının aktual problemləri” mövzusunda Tələbə elmi-praktiki konfrans keçirilib. Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva tədbiri giriş sözü ilə açaraq iştirakçıkara uğurlar arzulayıb. Konfransda professor-müəllim heyətindən Səhnə danışığı kafedrasının müdiri, Əməkdar artist, dosent Azad Şükürov, Əməkdar artist, dosent Mahirə Yaqubova, dosent […]

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

  Qərb Universiteti tələbələri üçün müxtəlif sahələrlə bağlı yerli və xarici mütəxəssislərin iştirakı ilə treyninqlər, seminarlar, mühazirələr təşkil edir. Bu gün “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Elxan Şahinoğlu universitetin tələbələri üçün “Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri və həmsədr dövlətlər” mövzusunda seminar keçib. Politoloq münaqişənin həll yolları, imkanları, bu istiqamətdə aparılan danışıqların hazırkı vəziyyəti ilə […]

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirilib

  Aprelin 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) Mübarizə Mərkəzinin təşkilatçılığı ilə «QİÇS-lə bağlı epidemioloji vəziyyət və mübarizə tədbirləri” adlı maarifləndirici seminar keçirilib. Seminarda iştirak edən Respublika QİÇS-lə mübarizə mərkəzinin həkimi Cavid Cahangirli tələbələrə QİÇS/HİV xəstəliyi haqqında ətraflı məlumat verib. C.Cahangirli xəstəliyin XXI əsrdə bəşəriyyətin […]

Şagird qızlara alt paltarı hədiyyə edən müəllim həbs olundu

Moderator.az Türkiyə xəbər agentliklərinə istinadən bildirir ki, İstanbulun Kadıköy məhəlləsindəki məktəblərdən birində biologiya müəllimi işləyən V. Ö. 11-ci sinifdə oxuyan iki qız şagirdini laboratoriyaya çağıraraq onlara mor rəngli alt geyimi hədiyyə edib. Şagirdlər əhvalatı əvvəl məktəb müəllimlərinə, sonra isə, ailələrinə bildiriblər. Nəticədə qızların valideynləri müəllimə qarşı cinsi təcavüz ittihamı ilə məhkəmə davası açıblar. Müəllim məhkəmədə […]