Mektebgushesi

Mingəçevirdə məktəbdən gələn şagirdi maşın vurub

Mingəçevir şəhərində məktəbdən gələn 9 yaşlı şagirdi maşın vurub. “Report”un Şirvan bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib. Belə ki, Əlövsət Allahverdi oğlu Abdullayev idarə etdiyi “VAZ-2106″markalı, 10-ES-946 dövlət-qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən məktəbli 2008-ci il təvəllüdlü Vüsal Vüqar oğlu Kazımovu vurub. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan […]

İslamiadanın açılış və bağlanış mərasimində iştirak edəcək tələbə könüllülərinin sayı açıqlanıb

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarınının açılış və bağlanış mərasimində iştirak edəcək tələbə könüllülərinin sayı açıqlanıb. “Report”un xəbərinə görə, təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunların açılış və bağlanış mərasimində ali və orta ixtisas təhsili müəsisələrinin 4 min tələbə könüllüsü iştirak edəcək. O bildirib ki, hazırda tələbə könüllülərə təlimlər keçirilir: “İnanırıq ki, bu oyunlarda da tələbə […]

Mikayıl Müşfiqə həsr olunmuş musiqili-ədəbi gecə keçirilib

  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə şair Mikayıl Müşfiqə həsr olunmuş “Yenə o bağ olaydı” musiqili-ədəbi gecə keçirilib. Tədbirdə Xalq çalğı alətləri ifaçılığı kafedrasının professoru, Xalq artisti Zamiq Əliyevin bədii rəhbərliyi ilə Musiqi sənəti fakültəsinin tələbələri Məftun Səfərli, Cəlal Məlikli, Həmid Həmzəyev, Rəvan Qaçayev, Tamerlan Təhməzov, Məlik Məmmədli, […]

UNEC xarici ticarətə kadr dəstəyi verəcək

  Elm və İnnovasiya Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-in 2016-cı tədris ili üzrə elmi fəaliyyəti barədə məruzə edib. Bildirib ki, UNEC alimləri hesabat dövründə dünya xidmətlər bazarının öyrənilməsinin nəzəri-metodoloji bazasını araşdırıb, beynəlxalq ticarətdə xidmətlərin müxtəlif təsnifat sistemlərini müqayisə ediblər. Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC-də tələbələrlə aparılan işlər haqqında məlumat verib. Tələbə […]

Azərbaycan ilə İsveçrə arasında peşə təhsili sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 25-dən 27-dək İsveçrədə səfərdə olub. Səfərin məqsədi dünyanın ən aparıcı peşə təhsili və təlimi sistemlərindən birinə malik olan İsveçrənin təcrübəsini öyrənmək, bu təcrübənin Azərbaycanda tətbiq olunması mexanizmlərini araşdırmaq və gələcəkdə qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək olub. Səfər zamanı […]

Klassik Şirvan şairlərinə həsr edilən birinci elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elektron zalında “Azərbaycan Ədəbiyyatının Şirvan məktəbi. Klassik ədəbi ənənə və müasirlik” mövzusunda klassik Şirvan şairlərinə həsr edilən birinci elmi konfrans keçirilib. Layihənin rəhbəri və təşkilatçısı Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, yazıçı-publisist Mətanət Ulu Şirvanlı idi. AZƏRTAC xəbər verir ki, konfransda Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, […]

3-cü sinif şagirdi ermənini məğlub edərək çempion oldu

“Məqsədim qızıl medal qazanmaq idi. Əvvəl gürcü idmançını məğlub etdim. Sonra erməni idmançı ilə qarşılaşdım. O məndən həm hündür, həm də çəkidə ağır idi. Əvvəl qorxdum, amma sonra hücum taktikası ilə ona qalib gəldim. Çox sevinirəm”.  Bunu “Report”a Tbilisidə keçirilən Tayboksinq üzrə beynəlxalq yarışın qalibi, 10 yaşlı Dəniz Tural oğlu Quliyev söyləyib. Qeyd edək ki, […]

M.Ə. Sabirin İstanbulda kecirilən 155 illik yubileyinə nəvəsi buraxılmadı

İstanbulda Türkiyənin Mərmərə Universitetində Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub.   Xatırladaq ki, bu barədə hələ bir qədər əvvəl mektebgushesi.az olaraq oxucularımıza məlumat vermişdik. Şairin nəvəsi, M.Ə. Sabir fondunun təsisçisi, BDU-nun dossenti  Sevda Tahirli də həmin tədbirə qatılacagıni bildirmişdi. Tədbirdə iştirak ücün  hava limanına gələn Sevda Tahirli, uçuş vaxtı […]

Təhsilimiz növbəti dilemma qarşısında, əsas imtahandır, yoxsa pul?

Qəbul qaydalarının tez-tez dəyişdirilməsi və getdikcə qəlizləşdirilməsi fonunda təhsil xidmətlərinin pullu olması ilə bağlı son rəsmi açıqlamalar qısa bir aradan sonra yenidən müzakirə və mübahisə predmetinə çevrilib. Narahatçılığa və narazılıqlara səbəb isə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən bütün materialların yüklənməsi və istifadəsinin pullu olacağı barədə DİM sədrinin xəbərdarlığıdır: “Bir ildən sonra onların hamısı pullu olacaq. […]

Bu il 200-dən çox magistrant AMEA-da çalışacaq

Cari ildə keçiriləcək qəbuldan sonra 200-dən çox magistrant Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışacaq. mektebgushesi.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə aprelin 28-də keçirilən akademiyanın Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik ümumi yığıncağında deyib. AMEA prezidenti bildirib ki, bu gün Azərbaycandakı bütün elmi işçilərin 30 […]

ADNSU-da Xaricdə Təhsil Məlumat Günü keçirlib

  Aprelin 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq Əməkadaşlıq Şöbəsinin təşkilatçılığı ilə ali məktəbin akt zalında Xaricdə Təhsil Məlumat Günü keçirilib. Tədbirdə Almaniyanın DAAD proqramının Bakı ofisinin, Türkiyə Koreya, Böyük Britaniya, Macarıstan, İsveçrə, ABŞ və Norveç səfirliklərinin nümayəndələri iştirak ediblər. Onlar təmsil etdikləri ölkələrdəki ali təhsil ocaqları, təhsil proqramları, univesritetlərə daxil olma qaydaları, […]

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Təhsil Nazirliyi tərəfindən yerli xərclərin şəbəkəsində bir sıra nöqsan və uyğunsuzluqlar aşkar edilib.   APA-nın xəbərinə görə, nazirliyin illik hesabatında qeyd olunub ki, bunların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb və görülməkdə davam edir.   Aparılan araşdırmalar nəticəsində 64 şəhər və rayon üzrə 419 təhsil müəssisəsində normativdən artıq 665 ştat vahidinin mövcudluğu, 49 işçinin 0,25 ştat […]

AMEA-nın akademik katibi: “Akademiklər orta və ali təhsil müəssisələri üçün dərslik yazmırlar”

“AMEA-nın Rəyasət Heyətində üzvlərə dəfələrlə müraciət edilib ki, orta və ali təhsil müəssisələri üçün dərslik yazın. Lakin yazan yoxdur. Heç buna motivasiya da mövcud deyil”. “Report”un xəbərinə görə, bunu AMEA-nın Rəyasət Heyətinin 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan Ümumi yığıncağında qurumun akademik katibi Rasim Əliquliyev deyib. O bildirib ki, hazırda aparıcı elmi işçilərin bütün […]

Nazir müavini: “Azərbaycanda texniki peşə təhsili sistemində böyük islahatlar həyata keçiriləcək”

“Azərbaycanda texniki peşə təhsili sistemində böyük islahatlar həyata keçiriləcək”. “Report” xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, ölkədə təhsilin bütün pillələrinin optimallaşdırılması istiqamətində işlər aparılır: “Bu həm də peşə təhsili sisteminə aiddir. Son zamanlar peşə təhsilinə böyük diqqət var. Əmək bazarında yüksək peşəyə malik işçilərə tələbat artır. Ona görə […]

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb, 13 yeni ixtisas yaradılıb

“Bakı Mühəndislik Universitetinə (BMU) pedaqoji ixtisaslar üçün qəbul dayandırılıb”. “Report” xəbər verir ki, bunu BMU-nun rektoru Havar Məmmədov deyib. Hazırda universitetdə həmin ixtisaslar üzrə xeyli sayda tələbənin təhsil aldığını söyləyən rektor bildirib ki, onların təhsil müddəti bitənə qədər həmin ixtisas üzrə qəbul olmayacaq. Rektor qeyd edib ki, yeni tədris ili üçün universitetə əsasən mühəndislik ixtisasları üzrə tələbə […]