Dərc olunub: 01.05.2017

Türkiyənin nüfuzlu universitetləri Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) əməkdaşlıqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu UNEC-in türk dünyası işlətmə fakültəsinin dekanı Fərrux Tuzcuoğlu bildirib.
Xarici ali məktəblərlə əlaqələrin genişlənməsinin son illər UNEC-in fəaliyyətində aparıcı yer tutduğunu deyən F.Tuzcuoğlu Türkiyənin nüfuzlu Ankara, Qazi, Hacettepe universitetləri ilə imzalanan müqavilələrin əhəmiyyətini xüsusi qeyd edib.
F.Tuzcuoğlu UNEC-də reallaşdırılan layihələrdən, müəllim-tələbə münasibətlərindən, tələbələrə göstərilən diqqətdən danışıb.
Qeyd olunub ki, son illər UNEC-də əsaslı islahatlar həyata keçirilir. Burada ən müasir təhsil modelləri tətbiq olunur və dünyanın bir sıra nüfuzlu universitetləri ilə uğurlu əməkdaşlığa xüsusi önəm verilir.
 
https://mektebgushesi.az

Bənzər yazılar