Dərc olunub: 01.05.2017

 

 Xızı rayonunda 14 yaşlı məktəbli özünü asaraq intihar edib.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Stalçay kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Rüfət Bayramov özünü yaşadığı evin həyətində tövlədən asıb.
Ailə üzvləri onu Sumqayıt Şəhər Xəstəxanasına çatdırsalar da məktəblinin həyatını xilas eləmək mümkün olmayıb.
O, aprelin 30-u gecə saatlarında xəstəxanada ölüb.
Xızı Rayon Prokurorluğu faktı təsdiqləyib və hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.

https://mektebgushesi.az

Bənzər yazılar