Dərc olunub: 02.05.2017

Bakıda ali məktəbdə bıçaqlanma hadisəsi olub.
 
“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində baş verib.
Belə ki, 1998-ci il təvəllüdlü Quliyev Mehram Dilavət oğlu tanışı ilə mübahisə edib. Nəticədə o, tanışı tərəfindən bıçaqlanıb. Xəsarət almış M.Quliyev xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, M.Quliyev Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
 
https://mektebgushesi.az

Bənzər yazılar