Dərc olunub: 02.05.2017
Bakıda 17 yaşlı orta məktəb şagirdi bıçaqlanıb.
 “Report” xəbər verir ki, hadisə Nərimanov rayonundakı 82 saylı orta məktəbdə qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Salmanov Veysəl Ramiz oğlu orta məktəbdə mübahisə edərkən bıçaq xəsarəti alıb.
Onun kim tərəfindən bıçaqlandığı hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bənzər yazılar