Dərc olunub: 02.05.2017

“Keçid dövrüdür, bu vaxtda nəzarətdən kənar qalan məktəblər olub”.
Bunu Sherg.az-a 419 təhsil müəssisəsində normativdən artıq 665 ştat vahidinin mövcudluğunun aşkarlanmasına münasibət bildirərkən təhsil eksperti Şahlar Əsgərov deyib.
O bildirib ki, maraqlısı budur, Təhsil Nazirliyi dövlət qurumu kimi bu halları üzə çıxarıb, ictimaiyyətə bəyan edir:
“Maliyyə Nazirliyinin diqqətinə çatdırılır ki, ölkədə bu qədər artıq ştat var və lazım deyil. Ona görə bunlar başqa sahələrə ayırmaq, yeni iş yerləri açmaq olar ki, məhz həmin insanlar da orada işləyər. Bu, idarəetmə ilə bağlı olan məsələdir. Belə halların aşkarlanması müsbət haldır. Bütün qüsurlar bu şəkildə üzə çıxarılır və bunlardan can qurtarmaq üçün atılan addımlardan sonra inkişaf təmin ola bilər”.
Qeyd edək ki, bu günədək normativdən artıq saxlanılan 28 ştat vahidi ləğv edilib (bu hesabla illik 33,9 min manat məbləğində vəsaitə qənaət edilib), tam ştatla işləməyən işçilər barəsində müvafiq tədbirlərin görülməsi üçün ərazi maliyyə hesablaşma mərkəzləri tərəfindən yerli təhsili idarəetmə orqanlarına məktublar göndərilib, bir sıra rayonlar üzrə ümumilikdə tam ştatla işləməyən işçilərin sayı 125 nəfər azaldılıb. Sosial problemlər yaratmamaqla, bu işlər mərkəzlər tərəfindən davam etdirilir.

 
https://mektebgushesi.az

Bənzər yazılar