UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrləri Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) olublar. Səfərin əsas məqsədi fondun iş prosesi ilə yaxından tanış olmaq olub.
ARDNF-nin dəvətilə baş tutan görüşdə magistrlərə fondun investisiya layihələri, investisiya vəsaitlərinin strateji bölüşdürülməsi, investisiya portfelinə nəzarət, risklərin təhlili, hesablamalar və araşdırmalar kimi mövzularla bağlı məlumat verilib. Magistrlər eyni zamanda fondun tarixi, vəzifələri, hüquqi sənədləri, idarəetmə strukturu, “Samur-Abşeron suvarma sistemi”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Cənub Qaz Dəhlizi”, “Bakı-Tbilisi-Qars”dəmiyolu layihələri iə tanış olub, fondun muzeyinə baxış keçiriblər.
 
https://mektebgushesi.az

Bənzər yazılar