Hər bir məktəbin uğuru vahid məqsəd uğrunda kollektiv şəkildə birləşən, öz ixtisasını dərindən bilən, yeniliklərə can atan, müəllim peşəsini ürəkdən sevən fədakar insanların yaradıcı əməyinin nəticəsidir. Göyçay rayonunda bol uğurları ilə ilə seçilən məktəblərdən biridə Nizami adına Göyçay şəhər 7№-li tam orta məktəbidir.
Əsası 1958- cil ildə qoyulan bu məktəbin elə ilk məzunlarının respublikamızın ali məktəblərindən ,müxtəlif bölgələrindən,eləcədə keçmiş SSRİ-nin respublikalarından xoş soraqları gəlməyə başladı. Yeni yaradılan məktəbin gənc kollektivi çox keçmədi ki, rayon məktəbləri arasında əldə edilən uğurların etalonuna çevrilməyə başladı. 1990-cı illdərdə Azərbaycanın erməni faşistlərinə qarşı haqq ədalət müharibəsində bu məktəbin məzunları olmuş onlarla vətənpərvər oğullarımız könüllü döyüşlərə atıldı. Onlardan səkkiz nəfəri qəhrəmancasına ŞƏHİD olmuş, iki nəfəri isə itkin düşmüşdür.
Azərbaycan müstəqillik qazandıqdan sonra bu məktəbin uğurları dahada çoxaldı. Beləki, beynəlxalq təhsilə inteqrasiya, şagird mübadiləsi, xaricdə təcrübə, müxtəlif beynəlxalq müsabiqələrdə iştirak etmək baxımından bu məktəb bir çox nailiyyətlərini rayonun digər məktəbləri ilə paylaşmağa başladı. Rayonda ilk dəfə 660-dan çox bal toplayıb Prezident təqaüdünə layiq görülən tələbə, ABŞ Təhsil departamentinin keçirdiyi müsabiqədə qalib gələrək ABŞ-da bir il təhsil almaq hüququ əldə edən şagird, həmçinin bir il ABŞ universitetlərində magistr təhsilini davam etdirmək üçün ingilisi dili müəllimi, Fransada bir aylıq təcrübə keçmək üçün seçilmiş müəllim, daha sonra ABŞ-ın Konnektikut Universitetinin və Azərbaycan Təhsil Nazirliyinin “Müasir Təhsil və Tədrisə yardım mərkəzi” ilə birlikdə keçirdiyi “ Məktəb direktorları:-peşəkarlıq, liderlik və səmərəlilik” mövzusunda təlimlərdə iştirak edib respublika məktəb direktorları arasında ilk 15 direktorlardan biridə 7№li məktəbin direktorudur.
Son illərdəbu məktəbin kollektivi dahi klassiklrərimizin ədəbi –bədii gecələrini rayon səviyyəsində təşkil edir, tanınmış yazıçılarla görüşlər keçirir, müxtəlif intellektual yarışlarda uğurla iştirak edir. Həmçinin 7№li məktəbdə şagirdlərin vətənpəvərlik tərbiyəsinə xüsusi diqqətlə yanaşlır ki, bununda nəticəsi olaraq hərbi-idman yarışlarında məktəbin komandası ilk pillələri tutur.
Bu gün Azərbaycan təhsili yeni inkişaf mərhələsindədir. Təhsilin məzmunu dəyişir, məktəbin üzərinə düşən vəzifələri dahada konkretləşir. Odur ki, hər bir müəllimintəhsil kurrikulumlarının cəhətləri ilə yaxından tanış olmasına, ona yiyələnmısinə çalışılır. Görülən işərin nəticəsidirki, bu məktəbdən rayon üçün ənənəvi sayılmayan ixtisaslar üzrə qəbulların sayı artmaqdadır. Rəssamlıq, kinoşünaslıq,aktyorluq ixtisasları üzrə bitirən və təhsil alan məzunlar vardır.
Çox sevindirici haldır ki,uzun illərdir məktəbin məzunları arasında cinayət məsuliyyətinə cəlb edlənlər yoxdur.
Bütün bunlara rəğmən Nizami adına Göyçay şəhər 7№li tam orta məktəbi 2008-2009-cu tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” layihəsində iştirak edərək qalib olmuşdur.Rayon ümumtəhsil məktəbləri arasında ilk dəfə bu ada məhz 7№-məktəb layiq görülüb.
Ümumiyyətlə qeyd olunduğu kimi bu məktəb öz nailiyyətləri ilə həm də bu nailiyyələrin rayonda ilklərdən olması ilə seçilir.Məktəbin 25-ildən çox direktoru işləyən və məktəbi öz arxasıyla apararaq bu uğurlara nail olmağa sövq edən əməkdar müəllim Adil Məmmədovun söylədiyi kimi “ilk olmağın, birinci olmağın sevinci böyük olduğu kimi , məsuliyyətidə böyükdür. Bizi qarşıda sınaqlar gözləyir, bu uğurların təsadüfi olmadığını sübut etmək üçün gərgin və davamlı zəhmət gözləyir..Bir şairini dediyi kimi : ””Mənim könlüm deyirki…
Yaxşı günlər…,
Gözəl günlər , şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır…””
 
Məktəbin müəllimi Elşən Suleymanov

Bənzər yazılar