8 may – Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib.
Aksiyada Təhsil Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları, müəllimlər iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qanvermə aksiyası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.
Aksiyada B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hematoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilmək üçün Mərkəzi Qan Bankında toplanacaq
 
https://mektebgushesi.az

Bənzər yazılar