26-31 may 2017-ci il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissoru kafedrasının müdiri, dosent, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Moskvada keçiriləcək Beynəlxalq resjissor laboratoriyasında iştirak edəcək.
M.Qorki adına Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, Xalq artisti, RF-in Teatr Xadimləri İttifaqının katibi Rifkat İsrafilovun rəhbərliyi ilə baş tutacaq laboratoriyanın bu dəfəki mövzusu “A.P.Çexovun “Üç bacı” pyesinin üzərində iş zamanı tətbiq edilən analiz metodu”dur.
Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının Milli Teatrlar Kabinetinin Rusiya Teatr Rejissorları Gildiyasının təşkilatçılığı ilə keçiriləcək laboratoriya günləri ərzində Valeriy Fokinin sədrliyi ilə Teatr Rejissorları Gildiyasının II Assambleyası keçirilməyi nəzərdə tutulub. Assambleya görkəmli rejissor Yuri Lyubimovun anadan olmasının 100 illiyinə həsr olunacaq.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov “Üç bacı” pyesinin təhlili prosesində və Assambleyanın yığıncağında “K.S.Stanislavskinin əməli təliminin ünsiyyət problemi” və “2009-2019-cu illər Azərbaycan teatrı – Beynəlxalq aləmdə: perspektivlər və araşdırmalar” mövzuları ilə çıxış edəcək.
 
https://mektebgushesi.az

Bənzər yazılar