SOCAR-ın Ödənişli Yay Təcrübəsi proqramına sənəd qəbulu başlanıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Ödənişli Yay Təcrübəsinə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrinin müəyyən olunmuş ixtisasları üzrə təhsil alan tələbələr müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər www.socar.az/tehsil veb səhifəsinin “Yay Təcrübəsi” bölməsində müsabiqənin şərtləri və sualları ilə ətraflı tanış olduqdan sonra həmin saytın “Müraciət” alt bölməsində müraciət formasını dolduraraq elektron qeydiyyata düşməlidirlər.
Çatışmayan sənədlərin qəbulu üçün əlavə vaxt verilməyəcək. Odur ki, müraciət müddəti boyunca namizədlər bölməsindən statusu izləmək tövsiyə olunur. Son qeydiyyat tarixi bu il mayın 22-dir.
http://mektebgushesi
 

Bənzər yazılar