Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) rektoru Ramil Baxtizinlə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Qonağı universitetdə görməkdən məmun olduğunu bildirən ADNSU-nun rektoru, professor M.Babanlı bir vaxtlar aspirant kimi elmi fəaliyyətlə məşğul olduğu universitet üçün R.Baxtizin hər zaman fəxri qonaq hesab olunduğunu qeyd edib.
“Biz hamımız bilirik ki, siz qəlbinizin dərinliyində həm də azərbaycanlısız. Burada ali təhsil aldığınız və elmi fəaliyyətlə məşğul olduğunuz üçün ADNSU sizin üçün necə doğmadırsa siz də bizim üçün əzizsiniz. Bununla yanaşı bizim ali təshildə əməkdaşlığımız da qürurvericidir. əminəm ki bundan sonra da universitetlərimiz arasındakı tərəfdaşlıq yüksələn xəttlə inkişaf edəcək və əlaqələrimiz daha da genişlənəck.” – deyə rektor M.Babanlı bildirib.
UDNTU-nun rektoru R.Baxtizin 30 ildən çox müddət keçməsinə baxmayaraq yenidən doğma ali təhsil ocağında eyni hissləri yaşadığını bildirib. Bakının və ADNSU-nun onun həyatında olduqca mühüm rolu olduğunu qeyd edən R.Baxtizin Azərbaycanın həm də onun ikinci vətəni olduğunu diqqətə çatdırıb.
“Bu univeristet həqiqətən də o vaxtdan mənim üçün çox doğmadır. Mən bu gün özümü yenidən vətəndə hiss edirəm. Artıq o vaxtdan 30 il keçib və mən fəxr edirəm ki Azİİ-nin məzunları sırasındayam” – deyə R.Baxtizin qeyd edib.
Azərbaycanın görkəmli alimi, texniki elmlər doktoru Azad Mirzəcanzadənin UDNTU-da fəaliyyəti haqqında danışan rektor R.Baxtizin onun haqda xatirələrini bölüşüb, akademikin UDNTU-da professor yoldaşları ilə çəkilmiş fotoları nümayiş olunub.
Daha sonra UDNTU-da 2016-2017-ci tədris ilində görülən işlər və qarşıda duran yeniliklərdən danışılıb. UDNTU-nun rektoru R.Baxtizin ötən semestr təhsillərini Ufada davam etdirən tələbələrin imtahanlarda göstərdikləri yüksək nəticələr haqqında rektora məlumat verib və UDNTU-nun ADNSU ilə tələbə mübdailəsinə sahəsindəki əməkdaşlığına yüksək önəm verildiyini qeyd edib.
Tədbirin sonunda qonağa universitet adından xatirə hədiyyəsi təqdim edilib.
 
https://mektebgushesi.az

Bənzər yazılar