Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 19-da Füzuli rayonunda vətəndaşlarla görüş keçirəcəkdir.
Qəbulda Füzuli rayonunun sakinləri ilə yanaşı İmişli, Beyləqan və Zərdab rayon sakinləri də iştirak edə bilərlər.
Qəbul saat 12:00-da Horadiz şəhəri, Muğam Mərkəzində (ünvan: Horadiz şəhəri, Heydər Əliyev pr.) başlanacaq.
 
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya Dövlət İmtahan Mərkəzinin Bərdə Regional Bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Bərdə şəhəri, H.Əliyev pr. 100, telefon: 020 205 01 86) müraciət etmələri xahiş olunur.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar İmişli, Beyləqan və Zərdab rayon Təhsil Şöbələrinə də 11 – 18 may 2017-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək müraciət edə bilərlər.
Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər./tqdk.gov.az

 
 
https://mektebgushesi.az

Bənzər yazılar