18 may Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Xalça Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının birgə layihəsi olan “Muzey könüllüləri” adlı seminar keçirilib.
Tədbirdə Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova, fond müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmədxanova, Muzeyşünaslıq kafedrasının müdiri, dosent Yeganə Eyvazova, dosent Elfira Məlikova, müəllim Nurlana Bağırova, Azərbaycan Milli Tarix Muzeyinin Xarici əlaqələr şöbəsinin elmi əməkdaşı Sahibə Ələkbərova, muzeyin əməkdaşları, tələbə heyəti və könüllülər iştirak edib.
Tədbirin əsas məqsədi Muzeyşünaslıq ixtisası üzrə bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan tələbələrin könüllü qismində muzeylərin fəaliyyətinə cəlb olunmasıdır. “Muzey könüllüləri” layihəsinin əhəmiyyətindən və müsbət cəhətlərindən bəhs edilən seminarda məruzələr, slaydlar ilə çıxışlar Muzeyşünaslıq üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin, əməli bacarıq və vərdişlərlə zənginləşməsinə həsr olunub.
Sonda digər muzeylərin rəhbərlərinə də “Muzey könüllüləri” layihəsinə dəstək verilməsi təklif edilib.
 
https://mektebgushesi.az

Bənzər yazılar