İstər Azərbaycanda, istərsə də digər əksər ölkələrdə təhsil, savad verməklə müqəddəs iş görən müəllimlərin maaşları çox azdır. Bəs dünya miqyasında müəllimlərə ən çox maaş verən ölkələr hansılardır?
mektebgushesi.az xarici mətbuata istinadən bəzi ölkələrdə müəllimlərə verilən əmək haqqlarinı araşdirib. 
11 – Amerika Birləşmiş Ştatları – ABŞ – Amerikada da məktəblər Azərbaycanda olduğu kimi özəl və dövlət məktəblərinə ayrılır. Burda əcnəbi müəllimlər üçün dəyişik proqramlarla bir çox kontingent də var. Amerikada müəllimin bir ildə aldığı maaş 65 min dollardır.

10 – Şotlandiya – Avropada ən yaxşı təhsil sistemlərindən birinə sahib olan Şotlandiyada təhsil müssisələrinə xarici auditorlar tərəfindən nəzarət edilir. Bu ölkədəki müəllimlər 67 min dollar alır.
9 – Cənubi Koreya – Dünyada xüsusilə texnologiya sahəsində irəlidə olan Cənubi Koreya bu uğurunu təhsil sistemində də göstərir. Belə ki, Cənubi Koreyada müəllimliklə bağlı ən çətin şey bu peşəyə yiyələnməkdir. Burdakı müəllimlərin illik gəliri 67 min dollardır.

8 – Avstraliya – Bu ölkədə yeni müəllimlərin maaşları 48 min dollar olduğu halda, qocaman müəllimlərin maaşları 79 min dollara qədərdir.

7 – Belçika – Burda da müəllimlərin maaşı yeni və qocaman müəllimlərə görə dəyişir. 44 – 81 min dollar arasında dəyişir.

6 – Danimarka – Bu ölkədə yaşayanların 99 faizi yazıb oxuma bilir. Bu göstərici ölkənin təhsilə nə qədər dəyər verdiyini nümayiş etdirir. Müəllimlərin illik gəliri isə 74 min dollardır.

5 – İrlandiya – Bu ölkənin də 99 faizi yazma-oxuma bilir və təhsilini ön sırada tutan Avropa ölkələrindən biridir. 46 mindən başlayan maaşlar 76 minə qədər qalxır.

4 – Kanada – Kanada həm yerli, həm də əcnəbi müəllimlərə geniş imkanlar təklif edən bir ölkədir. 50 min dollardan başlayan müəllimlərin maaşları iş təcrübəsinə görə 79 min dollara qədər çıxır.
3 – Hollandiya – Əcnəbi müəllimlər barəsində qatı qanunları olan bir ölkədir. Bu ölkədə müəllimlik etmək istəyənlərin sertifikatları və verilən tələblərə cavab verməsi lazımdır. belə olduğu halda müəllimlərin illik gəliri də dəyişir. Bu ölkədəki müəllimlər illik 83 min dollar maaş alır.

2 – Almaniya – “Avropanın kassası” olaraq adlandırılan İsveçrə şanına yaraşan bir şəkildə müəllimlərə maaş verir. Müəllimlərin burdakı maaşı isə 95 min dollardır.

1 – Lüksenburq – Siyahımızın ilk sırasında yer alan bu ölkədə müəllimlərin illik aldığı maaş 72 min dollarla 135 min dollar arasında dəyişir.

 
Qeyd edək ki, Təhsil İdarəsinin 2016-cı ildə verdiyi hesabata görə, paytaxt məktəblərində 13 029 müəllim 500-1000 manat, 631 müəllim 1000 manatdan yuxarı əməkhaqqı alır.
 

Bənzər yazılar