Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı mayın 21-23-də Çin Xalq Respublikasında “Yol və qurşaq təşəbbüsü” adı altında universitet rəhbərlərinin II Beynəlxalq Forumunda iştirak edib. Rektor M.Babanlı Şanxay Universitetində keçirilən forumda məruzə ilə çıxış edib. Ali məktəblərdə innovativ istedadların inkişafına həsr olunmuş bu yığıncaqda Rusiya, Çin, İran, Belarus, Misir, Çexiya, Pakistan, Türkiyə, Qazaxıstan, Özbəkistan və başqa ölkələrin aparıcı universitet rəhbərləri iştirak edib. Səfər çərçivəsində ADNSU rektoru, professor M.Babanlı Şanxayda fəaliyyət göstərən bir neçə ali məktəblə tanış olub, əməkdaşlıq haqqında müqavilə imzalayıb.
1922-ci ildə əsası qoyulan Şanxay Universiteti Çinin ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. Universitetə hər il 2.000 əcnəbi vətəndaş qəbul olunur, ali məktəbin 11 fakültəsində 37.800 tələbə təhsil alır. Ali məktəbin nəzdində 72 elmi-tədqiqat institutu və Yüksək Texnologiyalar Mərkəzi fəaliyyət göstərir.
24-26 may tarixlərində ADNSU-nun nümayəndə heyəti Çin Xalq Respublikasının Qansu əyalətində yerləşən Lançjou Universitetinə səfər edəcək. 1909-cu ildə təsis olunan bu ali məktəbin 30.000-dən artıq tələbəsi var. O, 1.500 Çin universiteti arasında ilk 30-luqda yer alır. Lançjou Universitetinin prezidenti Wang Cheng Çin Ali Məktəbləri İttifaqının sədridir. Rektor M.Babanlının Lançjou Universitetinin prezidenti ilə görüşündə Lançjou şəhərində ADNSU-nun filialının açılması məsələsi də müzakirə olunacaq.
 
https://mektebgushesi.az

Bənzər yazılar