Dərc olunub: 23.05.2017

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirəcək.
mektebgushesi.az-in məlumatına görə, imtahan Bakı və Sumqayıt şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən keçiriləcək.
Monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.
 
https://mektebgushesi.az

Bənzər yazılar