1993-cü ilin martında Kəlbəcərin işğalından sonra bu günədək Ermənistan silahlı qüvvələrinin  nəzarətində qalan Laçın rayonunun Qarakeçdi kəndində qeyri-qanuni olaraq Azərbaycan ərazisinə soxulmuş xarici şirkət təmir işləri aparıb.
Aztehsil.com-un məlumatına görə, moderator.az bu məlumatı erməni KİV-dən əldə edib. İşğaldan sonra öncə Eznaqomer, daha sonra isə Lernahovit adlanan Qarakeçdi kəndi 1998-ci ildən ermənilərlə məskunlaşdırılmağa başlanıb. 2014-cü ildə kənddəki  cəmi 28 şagirdi olan məktəb ABŞ-ın Qlendeyl şəhərində yerləşən, erməni ər-arvadın rəhbərlik etdiyi “Ayrenaser”(“Vətənpərvər”) təşkilatının təşəbbüsü və maliyyəsi ilə təmir edilib.
Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video
 

Qeyd edilir ki, eyni adlı ümumi icmaya daxil olan Ağbulaq(Spitakacur) və Şeylanlı(Şrvakan) kəndlərinin erməni uşaqları da bu məktəbdə oxuyurlar.
Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video
 

Erməni mənbələri fəxrlə vurğulayırlar ki, məktəbin təmir işlərində heç bir türk mənşəli tikinti materialından istifadə olunmamışdır. Azərbaycanlıların ocaqlarını zəbt etmiş erməni sakinlər heyvandarlıq və kənd təsərrüfatı ilə, o cümlədən arıçılıqla məşğul olurlar.
Xarici şirkətlərin yardımlarına rəğmən və ermənilərin burada məskunlaşmalarından 20 il ötməsinə baxmayaraq  kəndin infrastrukturunun, yollarının çox bərbad vəziyyətdə olduğu görünür.  2014-cü ildən Həkəri çayı üzərində tikilmiş mini- SES-dən elektrik enerjisi verilsə də, Qarakeçdidə elektrik probleminin də yaşandığı bəlli olur…
Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video
 

P.S. İşğal etdikləri torpaqlarımzda əksər ermənilərin ağır şəraitdə və yoxsul yaşamaları faktı ilə biz öz başımızın altına yastıq qoymamalıyıq. Əsas odur ki, 25 ildən çoxdur, ermənilər bütün çətinliklərə rəğmən o torpaqlarda yaşamaqda davam edir.
Və o yurdların faktiki sahibi kimi o yerlərin təmiz havasını udur, saf suyunu içir, ekoloji təmiz məhsulunu, ətini, yağını, süd-qatığını, balını, meyvəsini və s. yeyirlər… Və oralarda doğulan dığalar dağlarımızda at səydirirlər…
Amerika şirkəti Laçının Qarakeçdi kəndində məktəb təmir edib -Fotolar/Video
 

Bənzər yazılar