Dərc olunub: 24.05.2017

Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumu çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) üçün yeni əməkdaşlıq imkanları yaranıb.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, forumda beynəlxalq əlaqələr şöbəsinin müdiri Natiq Əhmədov Rusiya universitetlərinin təmsilçiləri ilə faydalı görüşlər keçirib və dörd ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə imzalanan Orlov Dövlət, Ufa Dövlət Neft Texniki, Samara Dövlət Texniki, Voronej Dövlət Texniki universitetlərinin təmsilçiləri AzTU-ya böyük maraq göstərdiklərini bildiriblər.
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumuna qatılan nümayəndə heyəti Başqırdıstan Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə tələbələrlə ətraflı söhbət aparılıb, onların problemləri, qayğıları öyrənilib.
 
https://mektebgushesi.az

Bənzər yazılar