Xəbər verdiyimiz kimi Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində keçirilən Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov da iştirak edib.
Forum çərçivəsində ,  Lənkəran Dövlət Universiteti ilə Başqırdıstan Dövlət Aqrar Universiteti, Başqırdıstan Dövlət Universiteti və Puşin Dövlət Təbiyyat Elmləri İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanıb. Müqavilə müəllimlərin və alimlərin ixtisaslarının artırılmasında qarşlıqlı elmi əməkdaşlığı, yeni təhsil layihələrinin və proqramlarının həyata keçirilməsini, qabaqcıl təlim metodlarının mübadiləsini və s.nəzərdə tutur. Forumla bağlı təəssüratlarını kollektivlə bölüşən professor Natiq İbrahimov Rusiya Universitetlərinin təlim-təcrübə bazasında gördüklərindən söz açaraq bildirib ki, həmin müsbət təcrübəni tezliklə LDU-da həyata keçirmək üçün bütün imkanlar səfərbərliyə alınmalı, praktik təlimlərə diqqət artırılmalıdır.
Rektor əvəzi N.İbrahimov bildirib ki, LDU-nun müəllimləri qabaqcıl təcrübə ilə yerində tanış olmaq, praktik təlimdən bəhrələnmık üçün yaxın günlərdə adı çəkilən elm ocaqlarına ezam olunacaqlar.
https://mektebgushesi.az

Bənzər yazılar