Azərbaycanın ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.
 
Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, abituriyentlərin elektron ərizə qəbulu bu gün saat 11:00-da yekunlaşıb.
İlkin məlumatlara əsasən, həmin imtahanlarda iştirak etmək üçün I-IV ixtisas qrupları üzrə 62028 abituriyent (56347-si Azərbaycan, 5681-i Rus bölməsi üzrə) qeydiyyatdan keçib. Onlardan 23509-u I, 17914-ü II, 16160-ı III, 4445-i isə IV ixtisas qruplarını seçib. Müəyyən olunmuş müddətdə elektron ərizələrini təsdiq etməyən (etdirməyən) abituriyentlər imtahana buraxılmayacaqlar
 
https://mektebgushesi.az

Bənzər yazılar