Erasmus+proqramı çərçivəsində Azrbaycan Dövlət Aqrar Universitetin Ekologiya   və Meşəçilik kafedrasının  professoru Zakir İbrahimov  Poznan Təbiət   Elmləri Universtitetində (Polşa) bir həftəlik işgüzar səfərdə olub.
 ADAU-nun mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Poznan Universitetinin Xarici Əlaqələr üzrə prorektoru və  Meşəçilik Fakültəsinin dekanı, meşəçilik fakültəsinin kafedraları və professor-müəllim heyyəti ilə silsilə görüşlər keçirilib.  
Professor Z. İbrahimov Meşəçilik Fakültəsinin müəllim heyəti və tələbələri qarşısında “Azərbaycanın meşələri və meşəçilik təhsili” mövzusunda məruzə ilə də çıxış  edib, həmin tələbələrlə meşədə praktiki təcrübə həyaa keçirib
 
https://mektebgushesi.az
.Quraşdırılmış təsvir 4Quraşdırılmış təsvir 5Quraşdırılmış təsvir 1

Bənzər yazılar