Altiero Spinelli adına Milan Tərcümə İnstitutunun şöbə rəhbəri, professor Bruno Osimon Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsində italyan dili üzrə təhsil alan tələbələrə peşəkar tərcümənin əsasları fənni üzrə “Bədii mətnlərin tərcüməsi problemləri” mövzusunda video-konfrans formatında mühazirə oxuyub.
İtaliyalı professor mühazirəsində tərcümə nəzəriyyəsinin tarixi, məşhur dilçilərin töhfələri, mədəniyyətlərarası dialoqun dilçilik üçün faydası və tərcümə zamanı tətbiq olunan müxtəlif üsullar barədə geniş məlumat verib. Eyni zamanda, o, Şərqi və Qərbi Avropada tərcümə sənətinin intibahı, Y.Lotman, R.Jakobson və digər dilçi alimlərin tərcümə nəzəriyyəsi sahəsində dərslikləri barədə ətraflı danışıb.
 
https://mektebgushesi.az

Bənzər yazılar