Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçiriləcək yay qəbul imtahanlarının və orta məktəblər üzrə buraxılış imtahanlarının, eləcə də orta ixtisas təhsili müəssiələrini seçən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının tarixlərini açıqlayıb.
DİM-dən mektebgushesi.az-a bildirlib ki, ali təhsil müəssisələrinə qəbul olunmaq üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı iyulun 14-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 22-də keçiriləcək.
Bölgələr üzrə ümumi orta (9 illik, II mərhələ) və tam orta (11 illik) təhsil bazasında təhsilalanların yekun qiymətləndirilməsi üçün  buraxılış imtahanları 2017-ci il 17, 23, 30 iyun tarixlərində aşağıdakı qrafikə uyğun təşkil olunacaq.

Tarix     Şəhər (rayon)
17.06.2017     Bakı, Sumqayıt, Abşeron, NaxçıvanMuxtarRespublikası
23.06.2017     Lənkaran, Astara, Masallı, Lerik, İmişli, Saatlı, Sabirabad, Ağcabədi,
Xocavənd, Füzuli, Beyləqan, Gəncə, Göygöl, Samux, Naftalan,
Goranboy,  Daşkəsən, Şəki, Oğuz, Mingəçevir, Göyçay, Ağdaş, Ucar,
İsmayıllı, Xaçmaz, Şabran, Siyəzən, Xızı
30.06.2017     Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala,
Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul,
Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan,
Kürdəmir, Qusar, Quba

Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Qeyd 2: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün iyunun 30-da keçiriləcək.

Ali təhsil müəssisələrinin V ixtisas qrupuna , ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssiələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları və eksternat qaydasında yekun qiymətləndirmədə iştirak edən şəxslər üçün imtahanlar isə iyulun 5-də keçiriləcək.

Qeyd edək ki, cari ilin məzunları V ixtisas qrupu və orta ixtisas təhsili müəssiələrinə qəbul olunmaq üçün keçirilən müsabiqədə buraxılış imtahanları nəticələri əsasında iştirak edirlər.

https://mektebgushesi.az

Bənzər yazılar