Mirzə Ələkbər Sabir Fondu 26 may 2017-cı il tarixdə – dahi Azərbaycan şairi M.Ə.Sabirin 155-ci ildönümü ərəfəsində media nümayəndələri ilə ənənəvi səhər yeməyi toplantısı keçirdi.
 
mektebgushesi.az xəbər verir ki, öncə Fondun prezidenti Sevda Tahirli dəvəti qəbul etdiyinə görə KİV nümayəndələrinə öz minnətdarlığını bildirdi. Daha sonra o, Mirzə Ələkbər Sabir Fondu haqqında ətraflı məlumat verərək onun yaranması, fəaliyyəti, bu ənənəvi tədbirin keçırlmısi məqsədini açıqladı. O çıxışında bildirdi ki, şairin 150 illiyi ərəfəsində yaranan və fəaliyyətinin 5 illiyini qeyd edən Fondun bu qəbildən olan tədbirləri keçirməsində əsas məqsədi Sabirin xatirəsini anmaqla yanaşı, proqressiv yeniliklərə acıq olmanın üstülüklərinin təbliğı, gənclərin humanist, vətənpərvəlrik ruhunda köklənməsi üçün Sabirin müdafisəsinə qalxdığı dəyərləri diqqətdə tutmaq, təbliğ etmək və eyni zamanda cəmiyyətimizin əsas hissəsi olan gənclərimizin daha çox milli dəyərlərimizlə köklənməsi yönündə media nümayəndələri ilə daha sıx əməkdaşlıq münasibətlərinin formalaşmasına xidmət xarakteri daşıyır.
“Nyu Baku” (New Baku) otelində baş tutan bu görüşdə Fondun prezidenti Sevda Tahirli M.Ə.Sabirin həyatı ilə bağlı bu zamana qədər bəlli olmayan faktlar barədə məlumat verdi, şairin adını daşıyan Fondun ötən bir il ərzində gördüyü işlərdən söz açdı.
 
Tədbirin sonunda Fondla sıx əməkdaşlıq edən bir qrup media nümayəndəsinə Fondun təsis etdiyi Fəxri Fərman və Diplomlar təqdim olunub.
 


 

 
 
 
1
 
 
 
2
 
3
 
4
https://mektebgushesi.az
 

Bənzər yazılar