28 May Respublika Günü LDU-da məntiq yarışması ilə yaddaqalan olub. LDU-nun professor-müəllim heyətinin Prestij-S tədris mərkəzi ilə birgə keçirtdiyi məntiq olimpiadasında tələbələrin məntiqi-riyazi bilikləri sınağa çəkilib.Olimpiadaya qatılan tələbələrə məntiq fənnindən 4 variant üzrə umumilikdə 50 sual təqdim olunub və sualların cavablandırılmasına 90 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki,yarışmanın qalibləri iki gün ərzində məlum olacaq.Onlara tədbir təşkilatçılarının xatirə hədiyyələri və diplomları təqdim olunacaq.1-ci yeri tutan tələbəni eyni zamanda Prestij-S tədris mərkəzi tərəfindən ayrılan pul mükafatı da gözləyir.Hədiyyə və mükafatlar qaliblərə təntənəli şəkildə təqdim olunacaq.
https://mektebgushesi.az

Bənzər yazılar