Nəsimi rayonunun ümumi təhsil müəssisələrində 28 May – Respublika Gününə həsr olunan silsilə tədbirlər keçirilir. Azərbaycanın milli bayramı münasibətilə məktəblərdə divar qəzetləri buraxılıb, “dəyirmi masa”, inşa yazıları, rəsm, şeir müsabiqələri, təqdimatlar, kompozisiya və bayram tədbirləri təşkil edilib.
mektebgushesi.az xəbər verir ki, əlamətdar bayram münasibətilə Nəsimi rayonundakı 8 nömrəli tam orta məktəbdə “Yaşa, Azərbaycan” mövzusunda tədbir keçirilib. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, milli rəqs nümunələri və maraqlı kompozisiyalar təqdim ediblər.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və məktəbin direktoru Aytən Baxşıyeva 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və fəaliyyətindən söz açıb, şagirdləri hər bir azərbaycanlının qürurla qeyd etdiyi Respublika Günü münasibətilə təbrik ediblər

 
https://mektebgushesi.az

Bənzər yazılar