Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Sosial İş İctimai Birliyi tərəfindən növbəti dəfə “İnsan alveri” mövzusunda seminar keçirilib. Seminarda Kulturologiya kafedrasında Sosial iş ixtisası üzrə təhsil alan I, II, III kurs tələbləri və sosial işçilər iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İnsan Alveri Qurbanlarına Xidmət Mərkəzinin rəhbəri Nəzakət Balabəyova tərəfindən tələbələrə “İnsan alveri nədir?”, “İnsan alveri qurbanları ilə sosial iş” və “Ölkədə insan alveri qurbanlarına göstərilən xidmətlər” mövzusunda məlumatlar verilib. Mövzular ətrafında tələbələri maraqlandıran suallar geniş şəkildə cavablandırılıb.
Sonda Kulturologiya kafedrasının müdiri, kulturologiya üzrə fəlsəfə doktoru, dosent, Sosial iş proqramının rəhbəri Sədaqət Əliyeva Azərbaycanda sosial iş təhsilinin inkişafında əməkdaşlığına görə Sosial İş İctimai Birliyi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Bənzər yazılar