Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasınıa səfəri çərçivəsində Lançjou şəhərində bir neçə ali məktəbin rəhbərləri ilə görüşüb.
Universitetdən mektebgushesi.az-a bildiriblər ki, görüşlərdə Çin tələbələrinin ADNSU-da təhsil almaları, müəllimlərin mübadiləsi barədə bu ölkənin Lançjou Universiteti və Lançjou Şəhər Universiteti ilə razılaşma əldə edilib.
Eyni zamanda, Lançjou Şəhər Universiteti nəzdində neft-qaz mühəndisliyi üzrə ADNSU-nun filialının açılması məsələsi müzakirə olunub.
 
https://mektebgushesi.az

Bənzər yazılar